Gələcəyin keçmişlə inşa edilməsi fikrindən yola çıxaraq günümüzdəki problemlərinin aradan qaldırılmasına dəstək məqsədi ilə 26-28 sentyabr (İstanbul/Türkiyə), 24-26 oktyabr (Almatı/Qazaxıstan) 2016-cı il tarixlərində İstanbul Universiteti (Türkiyə), Abay Universiteti (Qazaxıstan), Qazaxıstan Türkologiya Akademiyasının birgə təşkilatçılığı ilə “Keçmişdən Gələcəyə Xoca Əhməd Yasəvi” Beynəlxalq Simpoziumu keçiriləcəkdir.
Bununla əlaqədər olaraq, Ə.Yasəvinin həyatı, fikirləri, hikmətləri və ədəbi yönləri, din anlayışı, dini həyata və dini problemlərin həllinə dair düşüncələri, sosial həyata və sosial problemlərə dair düşüncələri, Türk dünyasının birliyi ilə bağlı aparılan tədqiqatlar, Ə.Yasəvinin təsəvvüf mədəniyyətindəki yeri, türk-islam mədəniyyətinin formalaşmasındakı gördüyü işlər və s. mövzularda tezis dinlənilməsi nəzərdə tutulur.