“Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti tədbiri

1 Baxış

hg

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsi çərçivəsində Siyəzən rayonunun Məşrif kəndində “Vətənimin seyrinə çağırıram elləri“ adlı musiqili ədəbi-bədii tədbir keçirilib.

Senet.az xəbər verir ki, Məşrif, Qalaaltı və Qozağacı kənd klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirdə kəndlərin adət-ənənənəsi, sənətkarlıq, mətbəx nümunələri, rəsm və əl işləri, həmçinin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin, görkəmli saz-söz ustadı Aşıq Ələsgərin əsərlərindən ibarət kitablar nümayiş olunub.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, mədəniyyət işçiləri, kənd ziyalıları və ağsaqqallar iştirak edib. Çıxış edənlər şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığını qeyd ediblər. Sonra vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib.

Gənc rəssamların əl işləri də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bölmə : Sənət xəbər