Kim daha yaxşı tərcümə edib: Hüseyn Cavid, yoxsa Mikayıl Müşfiq?

205 Baxış


Hüseyn və Müşfiq

Senet.az Ömər Xəyyamın bir rübaisini müxtəlif sənətkarların tərcüməsində oxuculara təqdim edir.

İn Kuze ço mən aşeqe-zari bude əst,

Dər bənde-səre-zolfe-neqari bude əst.

İn dəste ke dər gərdene-u mibini,

Dəstist ke bər gərdene-yari bude əst

*****

Bu kuzə mən kimi zar aşiq olub,

Bir nigarın saçının bəndinə düşüb.

Onun boynunda gördüyün bu dəstə,

Bir yarın boynunu qucaqlayan əl olub.

 (Ömər Xəyyam- filoloji tərcümə)

 

Görünür mən kimi olmuş bu da bir aşiqi-zar,

Bağlamışdır onu zəncirinə bir zülfi-nigar.

Gördüyün qulpu çamur parçası zənn etmə, saqın,

Bir gözəl boynuna keçmiş qola çox bənzəri var!

(Hüseyn Cavid)

 

Bu kuzə vaxtilə eşqə tutulmuş

Könlünü bir qadın saçında bulmuş.

Boynunda gördüyün hər qulp bir əl ki,

Bir zaman bir yarın boynunda olmuş.

(Mikayıl Müşfiq)

 

Bu kuzə mənim günümdə bir dilxun olub,

Bir şux gözəlin saçlarına vurğun olub,

Boynundakı qulp o aşiqin bir qoludur,

Yarın sarılıb boynuna bir məcnun olub.

(Əkrəm Cəfər)

 

Bu kuzə mənim tək aşiqi-zarmış,

Yarın tellərini öpüb oxşarmış.

Boynunda gördüyün qulpu bir əlmiş,

Cananın boynunu qucaqlayarmış.

(Mir Mehdi)

 

Bu kuzə aşiqmiş mən tək bir zaman,

Bir nigar zülfünün bəndinə heyran.

Boynunda gördüyün o dəstə bir vaxt

Əl olmuş bir nigar boynunu qucan.

(Dönməz)