Kino bizə nə deyir? – “Co”

35 Baxış

ceyhun mirzəli (2)

Ceyhun Mirzəli

Müstəqil Kinodan – “Co” filmi (2014)

Dünya kinosunda artıq müddətdir ki, müstəqil filmlər çəkilir. Hollivudun iribüdcəli filmlərinin kinoteatrlarda, imdb səhifələrində liderlik etməsi sözsüz ki, dünya kinosunun inkişafına özünəməxus rəng qatır. Rejissor Devid Qordon Qrinin çəkdiyi “Co” filmi bu qəbildəndir. Filmdə Amerika həyatının mənəvi, sosial tərəfləri göstərilir. Əslində bu cür olması da təbiidi. Çünki müstəqil kinoda daha çox sosial münasibətlər, problemlər əks olunur.

Filmdə əsas mövzu Co (Nikolas Keyc) və Qeri (Tay Şerdan) arasındakı münasibətlərdir. Yağışlı bir gündə Conun Qerini görməsində sanki ona qarşı sirli münasibəti əks olunur. Daha sonra hər ikisinin taxta yonmasının paralel montajla göstərilməsi bu sirri bir qədər də artrır.

Joe

Co əvvəlcə polis olub, sonra məhkum həyatı yaşayan birisidir. Onun həyatındakı bu məqamlar bir o qədər də, aydın görünmür. O, qaradərililərdən ibarət qrupu ilə ağacların zəhərlənməsi işini görür. İçkiyə və siqaretə aludəçiliyi ona həmişə mənfi təsir edir. Onlar bu işi bir şirkətinin tapşırığı ilə həyata keçirir. Buna görə də film ərzində insanlararası münasibətlər həm də təbiət konteksində göstərilir. Qeri isə təhsilsiz, on beş yaşlı bir oğlandır. Ailəsindəki sosial proplemlər onu işləməyə məcbur edir. Bir neçə saniyə ərzində öz bacarığını nəql edir, Co da onu işə götürür. İlk iş günündə Qerinin yaxşı işləməsi Conun xoşuna gəlir. Qerinin iş tapmaq barədə xəbəri isə evdə etinasızlıqla qarşılanır. Lakin əyyaş atalığı ona qəribə nəzərlə baxır. Film boyu atalığın havayı pul istəməsinin Qeriyə yaşatdığı çətinliklər öz əksini tapır. O, buna görə hətta işini də itirir. Atalığının tənbəliyi, əyyaşlığı oradakı qaradərili rəhbər işçilərdən biri ilə münbahisəyə gətirib çıxarır. Bu məqam isə sosial münasibətlərin tarixi köklərini göstərir. Həmçinin ağdərili bir şəxsin qaradərili tərəfdən işlədilməsi də tamaşaçılara bir mesaj xarakteri daşıyır.

Müstəqil kinonun xüsusiyyətlərindən biri də, film boyu bir neçə dəfə televiziyanın göstərilməsidir. Televiziyadan hava proqnozunu izləməsi onun tənhalığını, problemlərini önə çəkir.

Barda Villini (Ronnie Gene Blevis) döydüyü üçün o, Conu tüfənglə vurub yaralayır. O, qatı cinayətkar olsa da, bu barədə filmdə elə də geniş bilgi verilmir. Onların münasibətləri sadəcə Co tərəfdən nəql olunur. Ancaq film boyu bu münaqişə də davam edir. Qerinin işdən çıxması filmdə həm hadisələrin gedişini, həm də Co ilə münasibətlərini gücləndirir. Güclü yağış yağan gecə Conun evinə gəlməsi, ondan təkrar iş istəməsi sosial proplemin qoyuluşuna əlavə rəng qatır. Bundan sonra Co Qeriyə “Mənə tez-tez cənab demə! Mən sənin dostunam” deməsi onların münasibətlərini daha da sıxlaşdırır. Bunu sonrakı epizodlarda daha aydın görürük.

Daha sonra Villi yenə də meydana çıxır. Təkəbbürlü şəkildə Coya onu öldürmək istəmədiyini deməsi Conu özündən çıxarır. Co Villini möhkəm əzişdirir. Bundan sonra onun dalınca polislərin düşməsi filmdə fərqli cinayət epizodu yaradır. Bu məqamlar Hollywood kino estetikasından tamamilə fərqlənir. Polisə düşərkən həbs olunmaq istəməsi Conun bu cür həyatdan bezdiyini göstərir.

Atalığının pul istəməsi və ona atalıq etdiyini deməsi isə Qerini qəzəbləndirir. Onların arasındakı münaqişə daha da güclənir. Co polisdən çıxdıqdan sonra Qeriylə birgə itini axtarmağa gedir. Bu zaman o, Qeriyə “Amerika” üslubunda həyat qaydalarını başa salır. Conun mərhəmətli insan olması öz işçilərinin durumunu kadrarxası mətnlə danışmasından bəlli olur. Biz burada insanlara olan mərhəməti müşahidə edirik.

co

Co ilə Qerinin münasibətlərinin ziq-zaqlı inkişafı hadisələrin sonuna gətirib çıxarır. Qerinin atalığına onu incitməməsini əmr etməsi Conun Qeriyə olan bağlılığını göstərir. Artıq Qeri bu məqamda təkbaşına deyil, müdafiəçisi ilə birgə mübarizə aparmağa başlayır.

Villi Qerinin əyyaş atalığını görür və onunla bir iş görmək istədiyini deyir. Lakin onların münasibətləri hansı şəkildə inkişafı göstərilmir. Velli öz çirkin planını həyata keçirmək, həm Coya, həm də Qeriyə zərbə vurmaq üçün fəaliyyətə keçir. Bunun üçün Qerinin bacısını oğurlayır. Bunu bilən iki dost filmdə son mübarizəyə başlayırlar. Filmdə Conun Vellinin dəstəsi tərəfindən öldürülməsi və Qerinin atalığının özünü körpüdən ataraq intihar etməsi klassik həll variantını önə çəkir. Conun illər ərzində çəkdiyi əzablar bununla sona çatır. Co obrazını canlandıran Nikolas Keyc bu əzabları, çətinlikləri ustalıqla yarada bilmişdir.

Nəhayət, bundan sonra Qeri üçün yeni iş və həyat başlayır. Onun bu dəfəki işi ağacların əkilməsi ilə bağlı olur. Burada ağac-insan tandemini görürük. Köhnə ağaclar zəhərlənmiş, köhnə insanlar həyatdan getmişdir. Filmdə zorakılıq məqamları olsa da bu təbliğ edilmir. Bu cəhət filmin müstəqil xüsusiyyətini göstərir. “Co” filmində biz ABŞ həyatındakı neqativlikləri görürük. Bunlar təbiətin məhv edilməsi, içkiyə aludəçilik, silahdan yersiz istifadə hallarıdır.  Sonuncu məsələylə bağlı hətta cinayətkar Velli belə silahın ziyanından danışır. Bu bir növ maarrifləndirici istiqamət yaradır.