“Kino və zaman” kitabı nəşr olunub

6 Baxış

101345_f33u8hekoh

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Kino və zaman” kitabı nəşr olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Senet.az-a verilən məlumata görə, kitab müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr edilib.

Yeni nəşr mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulub.

“Kino və zaman” kitabı “Şərq-Qərb” nəşriyyatında çap edilib və Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

KÖŞƏ YAZARLARI
TOP 10