Kinosevərlər gecəsi təşkil ediləcək

4 Baxış

hg

Avqustun 2-də “YARAT” Müasir İncəsənət Məkanının qarşısında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada kinosevərlər gecəsi keçiriləcək.

Nazirlikdən Senet.az-a bildirilib ki, proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Proqrama rejissor Əli-Səttar Quliyevin “Olimpiya”, rejissor Rüfət Həsənovun “Daxildəki ada”, rejissor Teymur Hacıyevin “Axşama doğru” və rejissor Teymur Qəmbərovun “Quxuroba” filmləri daxildir.

Bölmə : Kino