Kiprdə yaşayan azərbaycanlı qızıl Nazim

184 Baxış

unnamed (2)F.ü.f.dos Şəmil Sadiq

İnsan qəribə məxluqdur. Necə ki canının qədrini bilmir, elecə də əzizlərinin. Bəlkə də, bilir göstərə bilmir, ya göstərməyə ehtiyac duymur. Görüldüyünü zənn edir bəlkə də… Bəlkə də bütün bu fikirlər bir təsəllidir. Amma əsas odur ki, bunu özü dərk edir. Dərk edir ki, dəyərlilərin qədrini layiqincə bilmir. Bu dərk prosesi varsa, demək, vicdan hələ də səninlədir. Amma vicdana güvənib bu hissi göstərməyə tələsmirsənsə, bir gün gec ola bilər. Gecler həmişə yara olaraq qalır. yubanmayın ki, peşman olmayasınız. Peşmançılıq hissinin əzabını çəkmək sevgini göstərməkdən çox çətindi. Amma təəssüf ki, insan həmişə çətinini seçir. Çətin isə asanın düşmənidir.

Mənsə qərara aldım ki, yubanmayım, gözləməyim. Böyük dəyər verdiyim biri haqqındakı düşüncələrimi oxucularımızla bölüşüm. Nə yubiley gözləmək, nə önəmli bir gün gözləmək, nə Tanrının qanunu ölümü gözləmək fikrim var. Uzun illər öncə, əslində çox da uzun deyil, cəmi-cümlətanı 3 ildir, Nazim Muradovla tanış olmuşam. Nazim Muradov Ordubadda doğulub, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, aspiranturanı İzmir Ege Universitetində oxuyub, bir müddət orda işləyəndən sonra Şimali Kiprə, Levfke Avropa Universitetində işləməyə başlayıb. Hazırda Ədəbiyyat fakültəsində bölüm başqanıdır.

Nazim hocanı bizə tanış edən dostum Elvin Alıyevdir. Bir ömür unudulmayacaq tanışlıq.

Bəli, uzun illər öncə mən Nazim müəllimlə Kiprdə, məhz adını çəkdiyim universitetdə tanış oldum. Bir qrup gənc dostumla Universitetlə tanışlığa və əməkdaşlığa başlamağa getmişdik. Nazim müəllim ilk görünüşdə də çox sadə adamdır. Biz də bu sözü həmişə işlədirik, “ilk görünüşdə çox sadə”. Sadəlik gözəllikdir ifadəsi də var. Sanki sadə olmaq bir az yaxşı şey deyilmiş. Amma sözün əsl mənasında başı göylərə ucalan dağlar qədər sadə, dərinlikləri görünməyən dəryalar kimi sadə, dadı ilk baxışda bilinməyən bal kimi sadə. Əslində, Nazim müəllim kimi adam haqqında kiminsə pafos kimi başa düşəcəyi bu ifadələri işlətmək çox çətindir. Amma mən bu riski etdim, hocam bağışlasın. Nazim hocam (biz ona öyrəncilərinin dili ilə hoca deyirik dostlar arasında. Sonralar elə bizim də hocamız oldu) bizi Lefkede elə bir formada ağırladı ki, onun da, gəzintinin də dadı damağımızda qaldı. Əminəm ki, 12 nəfərlik qrupun hamısı bu düşüncədədir. Bizə baxdıqca gözləri yaşarır, qardaşlarım, əzizlərim, sizi görəndə qəlbim qübar olur, deyirdi. Əslində Kipr çox da uzaq deyil və Nazim hocamız ən azından ildə bir iki dəfə vətənə gəlib gedir. Amma onun üçün Azərbaycanın mamırı da doğmadır, çinarı da. Çinarla mamırı bir-birindən ayırmayacaq qədər sevir Azərbaycanı.

 

bu

 

Mən onunla tanıdım şeiri. Şeiri sevən bir insan hökmən duyğu dolu olmalıdır. Hər cümləsində Məmməd Arazdan, Ramiz Rövşəndən, Bəxtiyar Vahabzadədən yerində olan nümunələr çəkməklə bədii məcazlarla danışır. Şeir kimi gülür, şeir kimi ağlayır adam. Yadımdadır bir dəfə bir məclisdə gəncləri də dəvət etmişdim. Nazim hocanın şərəfinə verilən bu qonaqlıqda istəyirdim ki, gəncləri tanısın. Məclis maraqlı keçirdi, bizim gənc yazar və şairlər özlərindən şeir deyir, bir növ özlərini təqdim etməyə çalışırdılar. Şeirlərin səviyyəsini siz təsəvvür edin. Sonra sözü Nazim hocama verdim. Hocam, sözə belə başladı: Mən indi sizə ədəbiyyata aidiyyatı olan bir şeir deyəcəyəm. Bu cümlə bir roman idi. Bir tənqidşünaslıq mətni idi. Necə də yerində deyilmiş bir ifadə idi?! Sanki hamıya dərs verdi bir cümlə ilə. Və qurbağa gölünə yaxşı bir qaya parçası atdı.

Nazim hoca o qədər diqqətli, o qədər mədəni, o qədər dolu adamdır ki, onunla istər virtual, istərsə də canlı ünsiyyətdə hər zaman nəsə öyrənir adam. Bir mail yazıram: Nazim müəllim, salam, sizdən bir xahiş edim, mənə filan məqalə lazımdır. Bu barədə bilginiz varmı, əlinizdə olan bir şey varsa, lütfən mənə göndərin. Nazim hocam isə belə yazır:

“Değerli dostlar,

Geçtiğimiz günlerde bir koronun repertuvarında “Sarı Gelin” türküsünün Ermeni versiyonunun da yer alacağı ve seslendirileceği bilgisini aldım. Bu türküyü Ermenice söyleyecek “sanatçıya” onun “Ermenice seslendirilmesine karşı olmadığımı fakat onun bir “Ermeni mahnısı” sayılmaması gerektiğini. O da “Neye dayanarak bunu söylüyorsunuz?!” mealinde bir soru sordu.

Bilindiği üzere Yılmaz Karakoyunlu’nun “Salkım Hanımın Taneleri” adlı senaryosu esasında Hülya Avşar ve Yavuz Bingöl’ün başröllerini paylaştıkları aynı adlı filimde “Sarı Gelin” Ermenice de seslendirilmiş, tartışmalar da daha çok bu filmin gösteriminden sonra başlamıştı. (“Sarı Gelin”le ilgili bu parantezimiz, 1453’te İstanbul fethedilirken Ayasofya’daki papazların “meleklerin dişi ya da erkek olduğu” tartışmalarına lütfen benzetilmesin…)

Prof. Dr. Ahmet Hamdi Tanpınar’ın Beş Şehir adlı ünlü kitabının Erzurum kısmında da “Sarı Gelin”le ilgili önemli bilgiler bulunmakta, bu türkünün Türklere ait olduğu söylenmektedir.Tanpınar, Erzurum’un musiki zevki hakkında da değerli fikirler söyleyerek şöyle der: “Erzurum’da kaldığım müddetçe mahallî diyebileceğimiz musikiyi şahsî bir macera gibi yaşamıştım. Fakat ancak yıllardan sonra onunla yeniden karşılaşınca taşıdığı ıstırap yükünü anlayabildim… Bunlar, kendilerini yaratan insanların malıdırlar, bize toprağı, iklimi, hayatı, insanı, onun talihini ve acılarını verirler… bu türkülerden, şarkılardan bazıları Erzurum’da doğmuşlardır. Bir kısmında Azerbaycan ile Kafkasya ile sıkı münasebetin doğurduğu tuhaf bir çeşni, bütün melez şeylerdeki o marazî hislilik vardır… “Erzurum çarşı pazar” diye başlayan ve Billur Piyale gibi oyun havası olan Sarı Gelin’in canlandırma kudretine daima hayran oldum…”

Ben dün bu bilgileri facebook sayfamda ve Türklük Bilgisi grubunda paylaştıktan sonra değerli Doğan Kaya üstadımızdan şöyle bir mektup aldım: Murat Hocam [ne mutlu ki bana yanlışlıkla hep babamın adıyla seslenirler. Doğan Kaya Hoca da aynı şekilde seslenmişti-NM.] “Sarı Gelin” türküsü Türklerindir. Bir başka varyantını web sitemde yayımlamıştım. EK’te size de gönderiyorum.Çalışmalarınızda kolaylıklar diliyorum.”

Doğan Kaya Hocanın Erzurumlu Âşık Temelî’den derlediği ve lütfedip özetleyerek gönderdiği Sarı Gelin hikâyesi çok etkileyiciydi”

OdƏrlər romanını ona da vermişdim oxumağa. Nazim müəllim kitabı oxumuş və mənə 14 səhifəlik bir məktub yazmışdı. Lap Mirzə Fətəli Axundov kimi, Hüseyn Cavid kimi. Bu bir məqalə deyildi. Sadəcə hocam fikirlərini bildirmiş, qeydlərini yazmışdı. Ədəbiyyatşünaslığa aid tənqidi məqalə kimi. Oxudum və ürəyimdən keçdi ki, bu mükəmməl yazını yayımladım. Dedim, “hocam, yazını mətbuata vermək istəyirəm”. Dedi: qətiyyən. İnanın bu məktub gündə bir köşə yazıb, özünü ədəbiyyatçı adlandıranların özlərinin çəkisi qədər ağır idi. Amma Nazim hocam vurğuladı ki, çox çiydi, mətbuata vermək üçün gərək üstündə çox işləyim.

Bir dəfə də “Gözü ilə görən” hekayəmi ona göndərdim. İncisə də o hekayəyə görə göndərdiyi məktubu bura əlavə edirəm. İmlasına belə toxunmadan:  “Salam, Şamil Bey qardaşım…

 

“Gözü ile gören”i oxudum. Sarsıldım… Qelemine sağlıq…

 

Sen bu hekayenle Ramizin “qaranlıq gece”sini işıqlandırmısan. Bildiyin kimi, Ramiz Rövşen deyirdi ki

 

…Qefil gün doğsa bir gece

Dünya dümağ işıqlansa;

Şeher-şeher, küçe-küçe,

Otaq-otaq işıqlansa,

Görerik kimlerin eli,

Kimlerin cibinden çıxır.

Kimler eyile-eyile

Kimlerin evinden çıxır…

 

Namus, qeyret simvolu olaraq qoyub geldiyimiz Azerbaycan’ın bu edebi (ve sadece edebi deyil) eserdeki ikrahedici sosioloji gerçeyini qebul etmek istemirem, hetta senin edebi eserinde – hekayende yazdıqların bele mene çooooooox ağır gelir… Bunların, bir yazıçı texeyyülü olduğunu düşünmek bele ağırdır, derdlidir, qebuledilmezdir…

 

“Maşını heyetde olan oğraş” ve onun dişi oynaşı gör neçe adama zülm edir: meşuqe özüne, erine (qocasına)…, uşaqlarına; meşuq özüne, xanımına (qarısına), uşaqlarına…Hamısı cemiyyete, dövlete, millete… Şeir de, edebiyyat da kirlenir bu “qehremanlar”la, milli yaddaş, milli hafize de, çünki Folkner’e göre “Edebiyyat, bir milletin hafizesidir”…

 

Gözü ile gören qurumsaqların, başqalarının evine pis niyyetle girib-çıxan deyyusların, öz halal heyat yoldaşlarını aldadan “kişi” ve “qadın” fahişelerin  günden-güne artdığı bir ölkede ciddi bir ictimai exlaqsızlıq varsa – sivrisineklerle (mığmığalarla) mücadile etmek yerine bataqlıqları qurutmaq lazımdır… O bataqlığın bir ucu hara qeder gedib çıxsa da…

Sevgilərlə, Nazim Muradov.

Bu, bayaq dediyim Nazim Muradovun vətən, millət sevgisinin bariz nümunəsidir. Bir dəfə Nazim müəllim Bakıya gələndə dedi ki, Şəkidə Rasim adlı bir tələbə yoldaşım var, 10 ildən çoxdur ki, onu görmürəm. Səhəri yola çıxdıq. Nazim müəllim həyətə girən kimi iki ağacın qabağında durub, hönkür–hönkür ağladı. Sən demə bu ağacları 15 il bundan qabaq Nazim hocam Ordubaddan gətirib bura əkmişdi dostu Rasim bəylə. Rasim bəyin anasını  öz anası kimi bağrına basıb ağladı. Keçmiş günlərini xatırladı. Bizi də kövrəltdi. Biz bu ağacları əkəndə Rasimin atası da, anası da cavan idi, indi isə ağaclar cavan, onlar yaşlıdır, dedi. Bu günlərdə yenidən getmişmiş Şəkiyə. Feysbukda bir şəkil paylaşmışdı. Göylərə ucalan iki cəviz ağacı, iki başdaşı.

 

hazir12

 

Bu yaxınlarda dedim hocam, İzmirə gedirəm. Sənin bir zamanlar yaşadığın şəhərə. Sözün-sovun, məsləhətin varmı?Hocam görün mənə nə göndərdi: “Şamil Bey qardaşım, Gedeceyin Ege Üniversitesi Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümünde bir dostumuz var idi – Bayram Orak.

Üç il evvel onu itirdik. Menim oda arkadaşımdı.

Onun vefatından sonra yazdığım yazını sene gönderirem.

Yazını oxuyub gedersen…” Əlbəttə ki, oxudum və gedən kimi də onu xatırladım. “Bir garib Bayram Orak…” adlı duyğu dolu Nazim Muradov yazısı mənim üçün izmiri nə qədər anlatdığını, tanıtdığını bir də siz düşünün. Sonra isə başqa bir məktub gəldi: “Deyerli Şamil Bey qardaşım,

Son derece semimi ve maraqlı mektubunu oxudum. Axşam gec saata qeder evde qonaq olduğu üçün oxuya bilmemişdim, bu seher bu mektubla bu güne gözel ehvali-ruhiyye ile başladıq – var ol…

Qardaş, dünen sen zeng edenden bir saat sonra İzmire zeng etdim, bizim Yılmazla danışdım. Yılmaz Özkaya bizim kiçik qardaşımız, deyerli dostumuzdur. Prof. Dr. Yavuz Akpınar’ın yanında yetişdi, onun telebesi (universitet, master ve doktora) oldu, asistanlığını yaptı. Yılmaz ile men eyni odada oturmuşuq, indi de hemin odada oturur. İzmir’e – Ege Universitetine gederken qardaşının 7 il oturduğu odanı (otağı) da görersen. Gaspıralı İsmail Bey’in 1883-1917 (1914+3) çıxardığı Tercüman qezetinin arxivi de o otaqdadır. İllerce Tercümanla yatıb, Tercümanla qalxmışam… Yılmaz doğma qardaşım qeder sevdiyim bir insandır, heyat yoldaşı Filiz de Ege’den telebemizdir (Yağız adlı şuluqçu bir kopeyoğlu varı var). Senin teklifini ona çatdırdım, “Baş üste Hocam!” deyib qebul etdi. İnşallah Ege’ye gederken hem Tercüman arxivini, hem de Ali Bey Hüseynzade’nin arxivini görersen.

 

Ege Üni. Edebiyat Fakültesi Türk Dili ve Edebiyyatı bölümündeki her kes dostumuzdur, Prof. Yavuz Akpınar, Prof. Fazıl Gökçek, Prof. Mustafa Öner, Prof. Nerin Köse Yayın, Prof. Metin Ekici, Prof. Gürer Gülsevin, Prof. Zeki Kaymaz, Prof. Ali Erol, Doç., Özkan Öztekten, Doç. Hatice Şirin User, Doç. Şerife Çağın, Doç. Selami Fedakar, Doç. Şerife Yalçınkaya, Doç. Fatih Ülken, Doç. Metin Arıkan, Yrd. Doç. Müberra Bağcı, Yrd. Doç. Yasin Kaya, Yrd. Doç. Yılmaz Özkaya (elmi dereceler menim üçün heç önemli deyil, sadece tanımağın üçün yazıram). O bölümde işleyib rehmete geden (Prof. Tunca Kortantamer, Dekanımız Prof. Nuri Bilgin – Elif Şafak’ın babası yani atası, Fares Hariri…), emekli olan (pensiyaya çıxan Prof. Ömer Faruk Huyugüzel, Prof. Günay Karaağaç, Prof. Rıza Filizok, Prof. Şevket Toker), başqa universitetlerde işleyen hocalarımızı, dostlarımızı da unutmuram…

 

Keçen ilin dekabr ayında Yavuz Hocanın emeklilik töreni üçün İzmire getdim, gözel bir meclis oldu, gözel sağlıqlar, sözler eşitdik, dedik… Yuxarıda adını yazdığım dostların her biri ile görüşdük, qucaqlaşdıq, hesret giderdik… Ege Universitetinden olan eski telebe dostlarımız artıq meslekdaşıarımızla  elaqemiz hele de davam edir.

 

Yılmaz telefonda dedi ki, biz Şamil Bey üçün konfrans düzenleyerik, o bizim telebelere Modern Azerbaycan Edebiyyatı haqqında bir konfrans da verse yaxşı olar, sonra da kitablarını imzalayar.

 

Sen kongrede sunacağın bildiri dışında Ege Universitetinde vereceyin konfransın mövzusunu Yılmazla müeyyenleşdirib birlikde qerar verin. Yılmaz konfrans afişi de hazırlayar, ne lazımsa ederler.”

Görürsünüz bu qızıl adamın sayğısını, məhəbbətini, diqqətini?! Hələ bu Nazim müəllimin bir dostuna yazdığı məktubdur ki, bu qədər elmlə doludur. Onun elmi araşdırmaları, mühazirələri nə qədər maraqlıdır təsəvvür edin.

Bəli, mən İzmirə gəldim, hocamın dostları ilə tanış oldum. Bir daha gördüm ki, onun sevdikləri nə qədər dəyərli, nə qədər istiqanlıdır. Yılmaz Özkaya: Nazim hoca abimizdir, onunla hər an bir yağmurlu dünyadır”dedi. Sanki bahar yağışı kimi şiddətli və günəşli. Nazim hocanın uzun illər oturduğu odanı görəndə gözlərim yaşardı. Allah kəssin bu şəkil çəkdirmək sevdasını, onun oturduğu kresloda bir şəkil çəkdirmək istəyim bu duyğunu bir az uzaqlaşdırdı, tam içimə çəkə bilmədim. Gözüm kitablarda, ürəyim Əli bəy Hüseynzadənin arxivində qalmışdı. Düzü, arxivi görə bilmədim. Gec olduğu üçün bağlanmışdı.

 

Untitled1

 

Ədəbiyyat bölüm başqanı professor doktor Fazıl Gökçek və Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı kursunun müəllimi doktor Yılmaz Özqaya, Özbək dili və ədəbiyatı müəllimi Mafurcan Yoldaşov o qədər səmimi, o qədər mehriban bir qarşılama etdilər ki, özümü öz evimdəki kimi hiss etdim.

İndi İzmirdə Çeşmədə Ege Universitetinin düzənlədiyi “Türk dünyası Kültür konqresi: Dədə Qorqud və türk dünyası” konfransının son günüdür. Və mənə hər günü doğma olan bu şəhərdə dağların arasında, Egenin sularına baxa-baxa Nazim Muradovu düşünmək nəsib olub. Bir başqa duyğudur bu. Son cümlələrimi yazmağı planlaşdırıram, hər dəfəsində Nazim Muradovun maraqlı söhbətlərini, yaşarmış mavi gözlərini xatırladır Ege dənizi. Nazim müəllim kimi yerinə bağlıdır dəniz də, dağlar da. Və düşünürəm ki, Nazim müəllim bu yazını oxuyanda eynəyini qaldırıb göz yaşlarını siləcək, “yapma hocam” ağlatdın məni deyəcək. Bəlkə də deməyəcək, çünki onun qədər duyğu dolu yazmağı hələ də bacarmıram sanki.

 

İzmir, Çeşmə, İllica. 2015, oktyabr, 22.

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10