“Kişi ölmüş!” – Qəlbimizdə yaşayır… Nazim Muradov

54 Baxış

16997664_10210743728683853_1484156999585449707_n

Senet.az oxucularına Məmməd Əmin Rəsulzadənin vəfatının 62-ci ildönümü münasibətilə Şimali Kipr Türk Respublikasında yaşayan həmyerlimiz Nazim Muradovun “Kişi ölmüş! Qəlbimizdə yaşayır…” adlı yazısını təqdim edir.

Bu gün Türk siyasət tarixinin ən parlaq və mütərəqqi şəxsiyyətlərindən biri olan Məmməd Əmin Rəsulzadənin vəfatından 62 il kəçir…

“Kişi ölüb!” ifadəsini Azərbaycanın xalq yazıçısı Elçinin bir xatirəsində oxumuşdum. Elçin orta məktəb şagirdi olduğu 1955-ci ilin mart ayı başlarında bir gün məktəbdən evlərinə gəlir və atası İlyas Əfəndiyəv ilə nənəsinin qəmgin bir şəkildə söhbət etdiyini görür. İlyas Əfəndiyəvlə anasının söhbətindən “Kişi ölüb!” ifadəsini eşidən Elçin 1953-də ölən Stalin’in dirilib yenidən öldüyünü zənn edir və “Niyə dirilmişdi ki?” deyə soruşduqda KİŞİ’nin Stalin dəyil, Məmməd Əmin Rəsulzadə olduğunu anlayır…

Məmməd Əmn Rəsulzadə Azərbaycan Türkcəsindəki KİŞİ və KİŞİLİK kavramlarını (məfhumlarını) tam olaraq dolduran nadir şəxsiyyətlərdəndir…

M. Ə. Rəsulzadənin siyasi-ideoloji rəqibləri və əleyhdarları belə onun nə qədər dürüst, əxlaqlı, yurdsəvər, barış tərəfdarı bir ziyalı olduğunu etiraf edirlər. İnsanlıq tarixinin gəlmiş-keçmiş ən zalım, qəddar; şəxsi, ideoloji və siyasi rəqiblərini yox etməkdən həzz alan siyasətçisi İosif Stalin belə Rəsulzadənin böyük şəxsiyyəti qarşısında insan olduğunu xatırlamaq zorunda qalmışdır…

Biz bugünkü bağımsız Azərbaycan Cumhuriyətini, dalğalanan üçrəngli bayrağımızı 1918-ci ildə qurulan milli dövlətimizə, bu dəvləti quran Kişilərə borçluyuq. Üçrəngli bayrağımızın, milli dövlətimizə xidmət edən, bu bayrağın şərəfini qoruyan hər mərhum və mərhuməyə büyük Yaradan rəhmət eləsin; yaşayanlara can sağlığı vərsin.

Məmməd Əmin Rəsulzadə əsərləri, həyatı, mücadiləsi, davasına sədaqəti ilə bizim və bundan sonraki bütün gələcək nəsillərin örnək alacağı şəxsiyyətdir. Müasirlərinin onun hakkında söylədikləri, yazdıqları sözlər Rəsulzadə’nin büyüklüğünü bir kəz daha isbatlamaqdadır. Zəki Vəlidi Togan (Başkurdistan), Mustafa Çokay (Kazakistan), Seyyid Həsən Tağızadə (İran), Hasan Ali Yücəl (Türkiyə)…

Mərhum Hasan Ali Yücəl 20-ci əsrin dahi fikir və eylem adamlarından biri olan Məmməd Əmin RƏSULZADƏ’nin vəfatından üç həftə sonra 27 Mart 1955 tarixli Cumhuriyət gazətəsində RƏSULZADƏ üçün vəfat yazısı yayımlamıştır. Cənnətməkân Məmməd Əmin RƏSULZADƏ haqqındaki Hasan Ali Yücəl yazısını illər öncə oxumuşdum. Sonra o yazını itirdim. Təkrar axtarmağa başladım və arxivimdən tapdım. Təkrar-təkrar oxudum. Hər oxunuşda Rəsulzadənin böyüklüyünü bir daha hiss ətdim. Hasan Ali Yücəl ilə RƏSULZADƏ idəolojik olaraq fərqli cəbhələrdədir. Yücəl sol görüşlü bir intələktual, RƏSULZADƏ isə siyasi həyatına solçu cərəyanda başlayıb (Hümmət təşkilatı, 1904) sonraki illərdə milliyətçi dəyərləri mənimsəyən, sosial-dəmokrat dəyərlərdən də vaz kəçməyən bir dahimizdir.

RƏSULZADƏ’nin “İNSANLARA HÜRRİYƏT, MİLLƏTLƏRƏ İSTİKLAL!” şüarının üzərində bir şüar yoxdur… Mən bu vəcizədə HÜRR ola bilmək üçün öncə İNSAN olma; MÜSTƏQİL ola bilmək üçün isə öncə MİLLƏT olma şərtini də görürəm… Yəni bu vəcizə bütün ülvi dəyərlərin ən önəmlisi olan HAQQANİYƏT məsələsini siyasət zəmininə yərləşdirir ki, HAQQANİYƏT’in təməlində isə ƏDALƏT və LƏYAQƏT ilkələri dayanır. Qısacası, “İNSANLARA HÜRRİYƏT, MİLLƏTLƏRƏ İSTİKLAL!” bir slogan dəğil, ən mütərəqqi, ən bəşəri dünyagörüşüdür, hər kəsi heyran qoyan siyasi əxlaqın zirvə nöqtəsidir…

1995-ci ildə Türkiyə’nin İzmir şəhərinə gedib Egə Üniversitesi’nde doktora imtahanlarna girdiğim zaman büyük Azərbaycanşünas Prof. Ali Yavuz Akpınar bir gün məni evinə götürüp kütüphanesini mənə göstərdi. Yavuz Hoca bir klasörü açıp içindəki yazmalar arasında Məmməd Əmin Rəsulzadə’nin əlyazmalarını göstərəndə hönkür-hönkür ağladığımı xatırlayıram…

Sonradan Yavuz Akpınar Hoca bir məqaləsində Məmməd Əmin Rəsulzadənin Türkyədəki özəl arşivlərdə saxlanan əlyazmaları hakkında bilimsəl kamuoyuna bilgi verdi.

Allah Məmməd Əmin Rəsulzadə başta olmak üzərə tüm dava arkadaşlarına, Azərbaycan dövlətinin çıxarlarını hər şəydən üstün tutan şəxsiyyətlərə rəhmət ələsin…

Məmməd Əmin Rəsulzadə şahsiyeti hakkında söylənmiş ən səmimi sözlərdən birini sizə sunmak istiyorum. Atatürk’ün Milli Eğitim Bakanı olan Hasan Ali Yücel’in Məmməd Əmin Rəsulzadə hakkındaki bu səmimi yazısı 27 Mart 1955 yılında (Rəsulzadənin vəfatı üç hafta sonra) Cumhuriyət qəzetində yayınlanmıştır.

Sizi çox yormadan Hasan Ali Yücəl’in böyük RƏSULZADƏ haqqındakı yazısını təqdim ədirəm. O Hasan Ali Yücəl ki, Türk eğitiminə ən böyük hizmətləri yapmış olan kişidir; Türkiyə’də eğitim devriminin hərəkətvərici gücü niteliğindeki Köy Enstitüsülərini quran kişidir; Dünya klassik əsərlərini bir dizi halinde Türkçəyə qazandıran kişidir…

MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKANI CƏNNƏT OLSUN…

http://www.esazder.com/index.php?action=static_detail&static_id=57267

585_YOI36b6BddDz

KÖŞƏ YAZARLARI
TOP 10