“Kitab bayramı-2015”

17 Baxış

kitabbayramiMayın 6-da Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Kitab bayramı-2015” adlı tədbir keçiriləcək. Senet.az xəbər verir ki, tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr ediləcək.

Layihənin məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdir.

Filarmoniya bağında 20-dək nəşriyyatın kitabları sərgilənəcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə aid olan kitabxanalara 126 müəllifin 200-ə yaxın rus dilində çap olunmuş kitabı da təqdim ediləcək. Oxuculara Çingiz Abdullayev, Qurban Səid, Elçin Səfərli, Fyodor Dostoyevski, Etel Lilian Voyniç, Stiven Kinq və digər dünya şöhrətli müəlliflərin kitabları təklif olunacaq.

“Kitab bayramı-2015” çərçivəsində “Canlı klassika-2015” beynəlxalq bədii qiraət müsabiqəsi üçün milli seçimin final mərhələsinin qalibləri də mükafatlandırılacaq.

Bayram günü açıq havada Bakı Uşaq Teatrının, Balaxanı qəsəbə mədəniyyət evinin kukla xalq teatrının tamaşaları göstəriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10