Ruminyanın Kluj şəhərində yaşayan Viktor Miron uzun müddət üzərində çalışdığı proyekti reallaşdıra bilib.
Belə ki, Mironun bir il ərzində hazırladığı proyekt nəticəsində ictimai nəqliyyatda kitab oxuyanlar 4-7 iyun tarixlərində pulsuz səyahət ediblər.
Viktor Miron mətbauta açıqlamasında kitab oxumayanları tənqid etmək əvəzinə, kitab oxuyanları mükafatlandırmaq lazımdır deyə bildirib: “Bir il ərzində bu proyektin reallaşması üçün çalışdım. Bələdiyyə sədri ilə danışdıq və razılaşdıq. 4-7 iyun tarixləri arasında avtobuslarda mütaliə edən adamlar gediş haqqı ödəməyiblər”.