“Kitab tutan əllər”

7 Baxış

14870729371416631895_1000x669

Fevralın 14-də “Park Bulvar”da “Kitab tutan əllər” adlı aksiya təşkil olunub.

Senet.az xəbər verir ki, 14 fevral – Beynəlxalq Kitab Bağışlanma Gününə həsr olunmuş aksiya F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşib.

Aksiyaya Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun ifasında “Kitab tutan əllər” adlı fleşmob rəqsi ilə start verilib.

Tədbirdə uşaqların sevimli yazarları – Aygün Bünyadzadə, Elvira Məmmədova, Gülzar İbrahimova və Reyhan Yusifqızı iştirak ediblər. Bir sıra nəşriyyatların da qatıldığı aksiyada balaca kitabsevənlərə həm uşaq yazarlarının imzalı kitabları, həm də kitabxana tərəfindən müxtəlif kitablar hədiyyə olunub. Aksiya çərçivəsində iştirakçılara bir çox dillərdə çap olunmuş uşaq ədəbiyyatı və bütün sahələr üzrə ümumilikdə 1200-dək kitab təqdim edilib. Təşkil olunan aksiya balaca fidanlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, layihənin əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etməkdir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10