“Kitab tutan əllər” adlı aksiyada uşaqlara maraqlı kitablar hədiyyə olunub

5 Baxış

kitab tutan 2Kitablarla uşaqları görüşdürməyə tələsən F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Park Bulvar” alış-veriş mərkəzində “Kitab tutan əllər” adlı aksiya keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə təşkil edilən aksiyada uşaq ədəbiyyatı təqdim olunub. Bundan başqa aksiya zamanı müxtəlif viktorinalar keçirilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən aksiya iştirakçılarına 675 nüsxəyə yaxın kitab, kitabça və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.

Böyük yaş qrupuna aid olan oxucular da yaddan çıxarılmayıb. Belə ki, “Köhnə kitablarınız – onları oxuyanlar üçün yenidir” adlı sərgidə sərgilənən kitablar böyük yaş qrupuna aid olan oxuculara hədiyyə olunub.

Həmçinin uşaq yazarlarından Sevinc Nuruqızı və Gülzar İbrahimova ilə də görüş təşkil olunub.

Aksiyanın keçirilməsində məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etməkdir.

Digər təşkilatların da qoşulduğu bu aksiya iştirakçılar tərəfindən böyük maraqla və rəğbətlə qarşılanıb.

Bölmə : Sənət xəbər