Kitabevim.Az – 3 yaş

11 Baxış

17342725_761414820692147_1905284735846419315_n

Bu gün Kitabevim.Az mağazasının 3 yaşı tamam oldu.

3 illik fəaliyyəti ərzində Kitabevim.Az-da Azərbaycan və xarici bir çox yazarların kitablarının təqdimatı, müzakirəsi keçirilmişdir. Belə tədbirlərin keçirildiyi Azərbaycanda ikinci belə bir layihə yoxdur. Azərbaycanda bir çox tanınmış yazarların, Yazıçı Anar, Aqil Abbas, Həsən Həsənov, Varis Yolçuyev, Elxan Elatlı, Müşfiq XAN və digərlərinin yeni əsərlərinin təqdimatı və müzakirələri Kitabevim.az-da keçirilmişdir.

Həmçinin Kitabevim.Az-da on minlərlə adda kitabın oxuculara təqdim olunması ilə yanaşı, zəngin elektron kitab bazası da yaradılıb və burada quraşdırılmış planşetlər vasitəsi ilə, oxucular daha geniş imkanlar əldə edirlər.

“Kitabevim.Az” kitab evində oxucu klubu və müxtəlif şirkətlərin dəstəyi ilə hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunmuşdur. İnsanlar buraya kitab gətirib hədiyyə edə və əvəzində başqa kitablardan da yararlana bilərlər. Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını gəzdirmək üçün seçdiyi bir məkan yaratmaq, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq da məqsədlərimiz sırasına daxildir.

 Kitabevim.Az-da “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub və bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılır. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapa bilərsiniz. Eyni zamanda, Kitabevim.Az-da imza günləri, seminarlar və müxtəlif tədbirlərin keçirilməsi üçün geniş bir guşə də təşkil olunmuşdur.

Kitabevim.Az-da “Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılıb. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da artıq müştərilərin xidmətindədir.

Həmçinin Kitabevim.Az-da oxuculara “Hekayə”, “Roman”, “Dastan və Ədəbiyyat” oxucu kartları və hədiyyə kartları təqdim olunur.

Bu gün Kitabevim.az-da on mindən çox müxtəlif adda kitablar var. Kitablar daha çox Azərbaycan, türk, rus və ingilis dillərindədir.

Senet.az olaraq, Kitabevim.Az layihəsində əməyi keçən hər kəsi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

KÖŞƏ YAZARLARI
TOP 10