Kitabevim.az-da “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” kitabının təqdimatı keçirilib

45 Baxış

14914862071052337891_1000x669

Aprelin 6-da Bakıda tanınmış ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” kitabının təqdimatı olub.

Senet.az xəbər verir ki, respublikanın tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə reallaşan tədbirdə müəllif sözügedən kitabı haqqında məlumat verib.

Vurğulanıb ki, yeni nəşrdə son iki-üç ildə qələmə aldığı ədəbiyyatşünaslığın aktual problemlərindən bəhs edən dəyərli tədqiqatlar, eyni zamanda, dünya ədəbiyyatı nümunələrinin tənqid predmeti kimi analitik təhlillər yer alıb.

Tədbirdə filologiya üzrə fəlsəfə doktorları Məti Osmanoğlu, Nüşabə Vəkilova, şairlər Qəşəm Nəcəfzadə və İlham Qəhrəman tənqidçinin yeni kitabının ədəbi prosesi öyrənənlər üçün dəyərli vəsait olduğunu söyləyiblər.

KÖŞƏ YAZARLARI
TOP 10