Kitabevim.az-dan Media üçün endirim aksiyası

150 Baxış

bashlayaq Kitabevim.az kitab marketi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə media nümayəndələri üçün endirim kampaniyasına start verir. 

Oktyabrın 16-dan 20-nə qədər davam edəcək kampaniyaya əsasən, mətbuat nümayəndələri  Hədəf və “XAN” nəşrlərini, həmçinin türkcə bütün bədii kitabları 30, digər kitabları isə 20 faiz endirimlə əldə edə biləcəklər.

Bu barədə Senet.az-a açıqlamasında mağazanın direktoru Emin Sadiqov məlumat verib: “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı 30 və 20 faizlik endirim kampaniyası elan etmişik. Mediada çalışan hər kəs, çalışdıqları orqanın adını deməklə bu kampaniyadan yararlana bilərlər”.