Kitabevim.az-ın 50 faizlik endirim aksiyası uğurlu keçdi

60 Baxış

eminmesas

Endirim aksiyamız uğurlu keçdi.  

Senet.az xəbər verir ki, bu sözləri Kitabevim.az mağazasının icraçı direktoru Emin Sadıqov mağazada təşkil olunan endirimli kitab satışı kampaniyasının nəticələri ilə bağlı Axar.az-a danışarkən deyib:   “Yay tətili olmasına baxmayaraq, kampaniya müddətində satış kifayət qədər yaxşı oldu. Demək olar ki, Kitabevim.az-dakı bütün kitabların satışı baş tutdu. Endirimlər müxtəlif idi. “Hədəf”in rus və türk dillərində olan kitablarına 50 faiz, XAN nəşriyyatına 35 faiz, digər nəşriyyatların kitablarına 25 faiz, müəllif kitablarına isə 20 faiz endirim tətbiq olunmuşdu. Qeyd etdiyim kimi, tətil günləri olmasına baxmayaraq, kitaba olan maraq bizi qane etdi. Nəzərə alaq ki, oxucuların, tələbələrin çoxu paytaxtda deyildi. Bununla belə, oxucuların kitaba olan marağında artım müşahidə olundu. Deməli, kitab nə qədər ucuz olsa, oxucu sayı da bir o qədər də artar”.

Qeyd edək ki, 11-20 iyul tarixlərində Kitabevim.az mağazasındakı kitablara 50 faizə qədər endirim tətbiq olunub.

 

 

 

endirim

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10