Kitabevim.az-ın 50 faizlik endirim kampaniyasına oxuculardan böyük dəstək

62 Baxış

 

soooonver

Kitabevim.az kitab marketində 50 faizlik endirim kampaniyası oxucuların böyük marağına səbəb olub.

Bu barədə Senet.az-a açıqlamasında mağazanın icraçı direktoru Emin Sadıqov məlumat verib. O, endirim kampaniyasından yararlanmaq üçün yüzlərlə oxucunun Kitabevim.az-ı ziyarət etdiyini bildirib: “Bildiyiniz kimi Kitabevim.az kitab marketi mütaliəyə olan marağı artırmaq, aztəminatlı oxucuların da rahatlıqla kitab ala bilməyi üçün endirim kampaniyasına başlayıb. Kampaniyaya əsasən 300 adda kitaba 50 faizlik, “Hədəf” və “XAN” nəşrlərinin kitablarına 35 faizlik, yerdə qalan bütün kitablara – digər nəşriyyatların və müəllif kitablarına isə 25 faizlik endirim etmişik. İyulun 15-nə kimi davam edəcək kampaniyanın ilk günü olmağına baxmayaraq, oxucuların marağı böyükdür. Gün ərzində müxtəlif yaş qruplarından insanlar mağazamıza gələrək endirimlərdən yararlanıblar”.

Emin Sadıqov oxucuların kampaniyaya münasibətindən də söz açıb: “Şəxsən kampaniya başlayandan özüm də buradayam. Oxucularla ünsiyyətdə olmaq imkanım oldu. Onlar bu endirimə görə bizə öz təşəkkürlərini bildirirlər. Həqiqətən oxucularımızın bu cür sevindirə bilməyimizlə fəxr edirik”.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10