Kitabevim.az kitab marketi 1 YAŞ – FOTOLAR

402 Baxış

1484688_830227740346149_6861212313029265032_nBu gün ölkəmizin ən böyük kitab mağazası olan Kitabevim.az kitab marketinin fəaliyyətə başlamısandan bir il ötür. Fəaliyyət gözstərdiyi bir il ərzində yüzlərlə tədbirlərə ev sahibliyi edən mağaza oxucuların  və yazıçıların ən sevimli məkanlarından biridir.

Mağazanın təsisçisi f.ü.f.d., dos. Şəmil Sadiq mağazanın bir yaşı ilə bağlı öz feyzbuk profilində yazıb: ” Kitabevim.azın bir yaşı tamam oldu. Bizi təbrik etmək istəyən varsa buyursun…

Hansı mətbuat nümayəndəsi ürəyindən keçsə, tənqid də edə bilər…

Təəssüf ki, hələ də Azərbaycan ikinci bir bu cür kitabevi yoxdur. Nə biz aça bildik, nə də başqaları… Elə bilirəm ki, bu layihə Azərbaycan mədəniyyəti üçün böyük və qlobal bir işdir. Bunu kim etsə idi bu cür də deyrədim. Ən tanınmış yazıçılardan, ən gənc yazıçılara qədər hamı kitab təqdimatı etdi, müzakirələr qoşuldu. Bir çox gənclik gözümüzün qabağında bu məkanda kitabın ətri altında bir-birini tanıdı.

KİTABEVİM.AZın dəyərli, gənc, bəzən səriştəsiz, bəzən fədəkar, bəzən cəfakeş kimi görünən bu gənc kollektiv bütün çətinliklərə, tənqidlərə baxmayaraq işlərini öz bildikləri kimi gördülər. Sizə böyük təbrik düşür! Hamımız gəldik və getdik! Amma siz orda oldunuz və hər şeyə qatlaşdınız! VAR OLUN! Sükanı belə saxlayın deməyəcəm çünki, daha da irəliyə və işığa doğru getmək arzumuz olduğundan, məsuliyyəti artırmaq üçün SÜKANI DAHA YAXŞI saxlamalısınız.
Bir illik fəaliyyətimizdə bütün çətinlikləri yaşadıq. Bundan sonrakılar o qədər də çətin olmayacaq, mən sizin arxanızdayam! Bu kitabevindən xeyrimiz sadəcə ruhumuzun qidalanmasıdır! Buna da min şükr!”

Hər zaman maraqlı aksiyaları  və tədbirləri ilə yadda qalan mağaza birinci yaş günündə də oxucuları sevindirəcək. Beləki mağazanın bir yaşı münasibəti ilə bütün məhsullara 20 faiz endirim ediləcək.

Senet.az dərgisi olaraq mağazanın bütün əməkdaşlarını təbrik edir və uğurlar arzulayırıq!

Əziz oxucularımızı isə mağazanın bir illik fəaliyyətini əks etdirən fotolarla baş-başa buraxırıq…

KÖŞƏ YAZARLARI
TOP 10