“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunan kitablar çapdan çıxıb

16 Baxış

15203536554754647795_1000x669

Bakı Dövlət Universitetinin (BDU) professoru Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı”, “Koroğlu dastanında obrazlar sistemi” kitabları nəşr olunub.

BDU-dan Senet.az-a bildiriblər ki, “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” kitabında “Dədə Qorqud” eposu milli ədəbi düşüncənin ilkin mərhələsi və qaynağı kimi götürülüb, onun milli ədəbi fikrin inkişaf tarixindəki yeri və tarixi öyrənilib, müasir Azərbaycan nəsrində, poeziyasında və dramaturgiyasında dastanların ideya və motivlərinin inkişaf istiqamətləri müəyyənləşdirilərək tədqiq olunub.

“Koroğlu dastanında obrazlar sistemi” kitabında isə poetik struktur problemi düzgün nəzəri təhlil istiqamətində götürülüb və dolğun elmi nəticələr əldə edilib. Əsərdə dastanın mətninə, hər şeydən əvvəl epik sistem kimi yanaşılıb və bu yanaşma dastanın obrazlar sisteminin quruluş səviyyələrini aşkarlamağa imkan yaradıb. Kitabda dastanın süjeti epik obrazlaşmanın səviyyələrindən biri kimi götürülüb.

Hər iki kitabdan ədəbiyyatşünas alimlər, müəllim, tələbə və oxucular faydalana bilərlər.

Bölmə : Bölməsiz