“Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsi çap olundu

38 Baxış

106951_pkz8o089lk

“Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsi ilk dəfə transliterasiya ilə işıq üzü görüb.

Senet.az-ın məlumatına görə, “XAN” Nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunan, “Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə, altı boydan ibarət nüsxədir.

Abidəni transliterasiya edən, önsöz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çap olunub.

Tezliklə nəşrin təqdimatı da baş tutacaq.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10