Kitabını reklam etmək istədi, həbs olundu

52 Baxış

teyyare

Türkiyədə Zafer Alcan adlı şəxs kitabının reklamı etkmək üçün çox qəribə bir üsuldan istifadə edib. Belə ki, Zafer Alcan Ankara-İstanbul reysi üzrə hərəkət edən təyyarədə bomba olduğunu bildirib. O, İstanbula getmək üçün təyyarəyə minib. Enişə 10 dəqiqə qalmış, stardessaya yaxınlaşaraq, təyyaradə bomba qoyduğunu deyib. Daha sonra isə polislər tərəfindən zərərsizləşdirilib.

Zafer Alcana qarşı məhkəmə işi başlayıb. O bu addımı ilə 15 il azadlıqdan məhrum ola bilər. Alcan açıqlamasında məsələ ilə bağlı bunları deyib: “20 il “TRT”-də müxbir olaraq işləmişəm. 2008-ci ildə təqaüdə çıxandan sonra, tarixi romanlar yazmağa başladım. Ancaq bu kitablara nəşriyyatlar maraq göstərmədi. Hazırda əsərlərin çapı üçün Bakıdakı nəşriyyatlarla danışıqlar aparıram. Təyyarədə olanda mənim yanımda heç bir bomba olmayıb. Sadəcə olaraq insanların diqqətini özümə çəkmək, kitablarımdan xəbərləri olsun deyə belə bir addım atmışam. Hadisələrin bu cür inkişafını düzü mən də istəməzdim. Ancaq buna məcbur oldum”.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10