Kitablar nəşr qiymətinə satılacaq – KİTAB YARMARKASI

84 Baxış

18358978_676743525845805_6532029715130258102_o

“Hədəf” Nəşrləri və “XAN” nəşriyyatı kitablarına ilin ən böyük endirim yarmarkasını təşkil edəcək. Nəşriyyat evindən Senet.az-a verilən məlumata görə, kitab yarmarkası mayın 12-dən etibarən bir ay müddətində həftənin cümə və şənbə günlərində, saat 11:00-18:00 arasında Azərbaycan Milli Elmlər Akademiyasının parkında (Hüseyn Cavid prospekti 115) keçiriləcəkdir.

Qeyd edək ki, yarmarkada əksəriyyəti bədii əsərlər olan kitablar oxuculara 2 manatdan başlayan qiymətlərlə təqdim ediləcəkdir. Kitablar arasında son illərin yeni tərcümələri, gənc yazarların və klassiklərin əsərləri, xatirə ədəbiyyatına aid olan kitablar, o cümlədən uşaq nəşrləri yer alıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10