Kitablar və adamlar – Firuzə Hüseynova

9 Baxış

DSC02171

Oxuduğunuz kitabı göstər, deyim kimsən?!..

Düşünmürəm ki, yalnız oxumaqla gələcəkdə üzləşə biləcəyimiz problemlərin qarşısında tam gücümüzlə dayana bilərik. Elə olar ki, soyuqqanlılığımızı itirərik, məntiqli hərəkət etməyi bacarmarıq, oxuduqlarımızı hərəkətə çevirməyi bacarbarıq. Gəzib-gördüklərimizin, eşitdiklərimizin də hər zaman həqiqətə uyğun olmaması mümkündür. Bu mənadə, yəqin ki, ən yaxşısı, həqiqəti öz mənbəyindən öyrənmək, sonra da onu reallığa tətbiq etməkdir. Yəni tərəzinin bu iki gözü bir-biri ilə mütənasibdir. Onları birmənalı şəkildə ayırmağı, ikisindən birini seçməyi düzgün saymıram.

Bu yazıda həmin tərəzinin “oxu” gözünə diqqət yetirmək istəyirəm. Mütaliə bütün dövrlərdə birbaşa elmə aparan pilləkən olub. Bu həm dünyagörüşünün inkişafına, həm özünüdərkə, həm də humanizmə yönləndirən bir vasitədir. Hər kəs susanda, danışmağı bacaran yeganə maddi varlıq kitabdır. O, əlinə düşdüyü insanın müəllimi, psixoloqu, rəhbəri, idealı və ya ailəsindən biri olmağa qadirdir.

Kitabın qüdrətindən danışmağı tanınmış şəxsiyyətlərə həvalə edirəm. “Sitatlar” rəfindən bu gün “Kitab” adlı məcmuəyə nəzər salaq.

- Kitablar çox, zaman azdır. Frank Zappa

- Kitabsız otaq ruhsuz bədən kimidir. M.T.Siseron

- Yaxşı dostlar, yaxşı kitablar və yuxu – budur ideal həyat. M.Tven

- Hər zaman Cənnətin kitabxana kimi ola biləcəyini düşünmüşəm. X.Borxes

- Özü ilə kitab gəzdirməyən adama heç vax etibar etməyin. L.Snikt

- Yalnız hamının oxuduğu kitabları oxusanız, hamının düşündüyü şeyləri düşünərsiniz. H.Murakami

- Əgər insan bir kitabı təkrar-təkrar oxuyub zövq ala bilmirsə, onda onu oxumağa əvvəldən ehtiyyac yoxdur. O.Uayld

- Kitab kimi sadiq dost yoxdur. E.Heminquey

- Əgər oxumaq istədiyin kitab hələ yazılmayıbsa, onda onu özün yazmalısan. T.Morrison

- Klassika – insanların təriflədiyi, amma oxumadığı kitablar. M.Tven

- Yazılmalı olan kitabı yazmalısan. Əgər onu böyüklər üçün yazmaq çox çətindirsə, onda uşaqlar üçün yaz. M.Lenql

- Qılınmcın itiliyini saxlaması üçün bülöv daşına ehtiyacı olduğu kimi, zəkanın da kitaba ehtiyyacı var. C.Martin

- Dünyanın əxlaqsız adlandırdığı kitablar dünyanın öz ayıbını göstərir. O.Uayld

- Kitablar daşına bilən, bənzərsiz möcüzələrdir. S.Kinq

- Kitablar dostların ən sakiti və sadiqi, məsləhətçilərin ən əlçatan və ağıllısı, müəllimlərin ən səbrlisidir. Ç.Eliot

- Bir az pulum olan kimi kitab alıram, artıq qalanını yeməyə və geyimə verirəm. Erazm

- Danışmadan öncə düşün, düşünmədən öncə oxu. F.Lebovitz

- Kitabları yandırmaqdan daha pis cinayət onları oxumamaqdır. C.Brodski

- Bağçan və kitabxanan varsa, deməli, ehtiyacın olan hər şeyə sahibsən. M.T.Siseron

- Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi. O.Pamuk

- Kitabların özəl anlarda zamanı dayandırıb “Bunu unutmayaq” demək kimi bir xüsusiyyəti var. D.Eqqers

- Mənə oxumadığım bir kitab verən kəs ən yaxşı dostumdur. A.Linkoln

- Oxumadığn kitab sənə yardım edə bilməz. C.Ron

- Yaxşı kitablar anlamağınıza və anlaşılmağınıza yardım edir. C.Qrin

- Yaxşı roman qəhrəmanı, pis roman isə müəllifi haqqındakı həqiqətləri çatdırır. G.Çesterton

- Kitab oxumaq onu özünüz üçün yenidən yazmağınız kimidir. A.Karter

- Kitablar insana öz düşüncələrinin heç də yeni olmadığını göstərir. A.Linkoln

Kitab haqqında deyilən bu fikirlər sadəcə, gələcəkdə sitat kimi işlədilsin deyə söylənilməyib. İnsan sevdiyi müəllifi, sevdiyi kitabı oxuyarkən sadalanan fikirlərin gerçəkliyinə bir daha inanır. Unutmayaq ki, oxumadığımız hər dəyərli kitab səhifələrini vərəqləyənə qədər öz sirrini bizdən gizlədəcək. Kitabları danışdırmaq onları ələ götürməkdən başlayır, bu qədər sadə.

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10