“Köhnə saat” filmi yenidən beynəlxalq festivalda

51 Baxış

festivalSentyabrın 20-28-də Sankt-Peterburq daxil olmaqla Rusiyanın şimal-qərbindəki bir neçə şəhərində XXII KROK Animasiya Filmləri Festivalı keçiriləcək. Festivalın seçim komissiyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edib.

Azanfilm” studiyasının “Birlik” yaradıcılıq birliyi ilə istehsal etdikləri “Köhnə saat” cizgi filmi Off Limits müsabiqə proqramında İtaliya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq.

“Köhnə saat” filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10