Komiks, animasiya və videooyunlar ilə bağlı müsabiqə

2 Baxış

hg

Yaponiyanın “Media Art” festivalı rəssamlar arasında komiks, animasiya və videooyunlar müsabiqəsi elan edib.

Senet.az xəbər verir ki, müsabiqə incəsənət, əyləncə, animasiya və manqa (kitab şəklində nəşr olunan komikslər) kateqoriyaları üzrə keçiriləcək.

Hər bir kateqoriya üçün baş mükafat, mükəmməllik mükafatı, sosial təsir mükafatı, yeni sima mükafatları və U-18 mükafatı veriləcək.

Birinci yerin qalibinə 1 milyon yapon yeni nəzərdə tutulub.

Əlavə məlumat əldə etmək və müsabiqəyə qatılmaq üçün https://j-mediaarts.jp/en/contest/entry_guideline/ linkindən istifadə edə bilərsiniz.

Bölmə : Rəssamlıq