Dekabrın 10-11-də Amsterdamda “Kompyuter elmləri və informasiya texnologiyaları” mövzusunda səkkizinci beynəlxalq konfrans (ICCSIT 2015) keçiriləcək.
Amerikanın Araşdırmalar Cəmiyyəti tərəfindən maliyyələşdirilən konfransda kompyuter elmləri və informasiya texnologiyaları sahəsində aparılan elmi-tədqiqatların son nəticələri təqdim olunacaq.
Konfransda dünyanın aparıcı tədqiqatçıları, mühəndis və alimləri iştirak edəcəklər.