“Könüldən-könülə yollar görünür”

28 Baxış

14944225685954924388_1000x669

Mayın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə (AAB) M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Könüldən-könülə yollar görünür” adlı tədbir keçiriləcək.

AAB-nin mətbuat xidmətindən Senet.az-a bildirilib ki, tədbirdə respublikamızın tanınmış aşıqları şairin şeirlərinə yazılmış musiqiləri ifa edəcəklər.

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib ki, bu da Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustadına verilən yüksək qiymətdir.

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilməkdədir.

KÖŞƏ YAZARLARI
TOP 10