Kövrək insanlar, dəniz kimi, bir dalğa işarəsi ilə hönkürər

32 Baxış

dylan-thomas-4019063Senet.az Dalğa Xatınoğlunun tərcüməsində Dylon Tomasın şeirini təqdim edir.  Qeyd edək ki, Dylon Tomas bu şeiri  ölüm yatağında olan atasına həsr edib.O, bu şeiri ilə insanları ölümlə son ana qədər mübarizə aparmağa  səsləyir.

Bunca dinməz-söyləməz qucağına keçmə
O dinclik qaranlığın.
Yaşlanınca insan,
Axşam şəfəqi kimi od tutub, püsgürməli,
Hayqırıb, dəlirməlidir günün söndüyünə.

Uslu birisi haq verərsə belə,
Hər şeyin qaranlığa qovuşub bitdiyinə,
Ağzındakı sözlər çaxnaşıb,
Ama şimşək kimi,
Işıq saça bilmədiyini görürüncə,
Yenə səssizcə enmə o gözəl qaranlığa.

Kövrək insanlar, dəniz kimi,
Bir dalğa işarəsi ilə hönkürər,
İncə davranışları yaşıl bir körfəzdə rəqs edər kimi,
Ama yenə hayqırıb, dəlir günəşin söndüyünə sən.

Dəliqanlılar, günəşə yüksəlib, toxunub, öysələr,
Nə qədər gec anlasalar bunun yas törəni olduğunu,
Yenə də səssiz-səmirsiz keçmə o qaranlıq məzara.

Xəstə insanlar ölüm ayağında belə,
Bəlirsiz baxışlarını bərəldib,
Axan ulduzlar kimi parladar gözlərini həvəslə qaldırar,
Sən belə sakitcə barışma ışığın sönməsi ilə.

Ah, atam mənim,
Kədərli, bir zirvə başında durumuş kimi tək və hür,
Yalvarıram alqışla məni,
Yalvarıram qarğışla məni göz yaşınla,
Ama bunca səssiz dalma qaranlığa heç zaman,
Hayqırıb dəlir gözündə ışığın sönməsinə…

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10