Gəncədə beynəlxalq konfrans keçiriləcək

9 Baxış

texnologiyaMayın 1-2-də Gəncədə Ümummilli Lider Heydər Əlieyvin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi” mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.

Senet.az xəbər verir ki, Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda informasiya-kommunikasiya texnologiyalarının elm, təhsil və sənayedə tətbiqi, qida sənayesinin müasir texnologiyaları və ekspertiza, tekstil, yüngül sənayedə yeni materiallar və texnologiyalar, metallurgiya sənayesində texnologiyaların təkmilləşdirilməsi və tullantıların emalı, maşınqayırmada texnika və texnologiyaların inkişafı, Azərbaycanda kreativ iqtisadiyyatın inkişafı və digər istiqamətlərdə müzakirələrin aparılması nəzərdə tutulur.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10