Krım tatarları sürgünün 77-ci ildönümünü qeyd edir

0 Baxış

hg

Sürgünün 77-ci ildönümündə Krım tatarlarının yarası qanamağa davam edir.

Krım tatarları, bundan 77 il əvvəl, 18 may 1944-cü ildə insanlığa sığmayan şəraitdə qatar vaqonlarıyla yurdları Krımdan Sibir və Ortq Asiyaya sürgünlə göndərildilər.

SSRİ Nazirlər Sovetinin sədri İ.Stalinin əmrilə gecə yarısı, çoxu yaşlı, uşaq və qadınlardan ibarət olan Krım tatarları, özlərilə heç bir şey götürə bilmədən heyvanların daşındığı vaqonlara doldurularaq sürgün edildi. Krım tatarlarına ilk on il boyunca sürgün edildikləri ərazidən bir neçə kilometr belə uzaqlaşmalarına icazə verilmirdi. Sürgün zamanı Krım tatarlarının 46%-i həyatını itirdi.

1989-cu ildən etibarən, Krım tatarları bütün çətinliklərə rəğmən öz sürgün yerlərindən dəstə-dəstə Krıma dönməyə başladılar. Sovet hakimiyyətinin dağılmasından sonra Krım tatarlarının vətəni Ukraynaya bağlı Krım Cümhuriyyəti oldu. 2014-cü ildə Rusiyanın işğalından sonra minlərlə Krım tatarı oranı tərk etmək məcburiyyətində qaldı. Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Qırımoğlu və haqq davasında fəal iştirak edən bu kimi bir çox şəxsə Rusiya tərəfindən Krıma giriş qadağası qoyuldu.

Krım tatarlarının sürgününün 77-ci ildönümü münasibətilə Krım yarımadası, Ukrayna, Türkiyə və Krım tatarlarının yaşadığı digər ölkələrdə anım layihələri təşkil olunacaq və layihələr canlı şəkildə izləniləcək.

Tatarların acısını ürəkdən paylaşır, sürgündə həyatını itirənləri rəhmətlə anır və bir daha belə acı bir hadisənin yaşanmayacağını diləyirik.

Bölmə : Tarix