Kristofer Qolden: “Komikslər həqiqi incəsənətin və kəlmələrin mükəmməl vəhdətidir”

92 Baxış

qolden2Kristofer Qolden 1967-ci ildə Massaçusets doğulub. 40-dan artıq romanın müəllifini olan Qoldenin işləri bütün janrlarda uğur qazana bilib.

Onun işlərində orijinal əsərlərdən tutmuş (xüsusilə də onun vampirlər haqqında PETER OCTAVIAN seriyası mənə görə Twilight, Vampire Academy serialarından qat qat yaxşıdır)
Golden bir çox Comics-ləri PROZA(nəsrə) çevirib. Bu prozalar arasında X-men və Justice League-un müxtəlif işləri də var. Xüsusən də onun Mike Mignola(Hellboyun yaradıcısı) ilə birgə yazdığı Baltimore romanı və eyniadlı komiksi dünya şöhrəti qazandı. O həmçinin məhşur franşizalara Uncharted oyununa, Sons Of Anarchy və Buffy serialları və ALİEN fantastikasına da tie-in(əlaqəli) romanlar və comicslər yazıb. Son işlərindən olan Snowblin romanı isə Stephen King-in son işləri Doctor Sleep və Revival-la müqayisə olunub. Bundan əlavə Qolden Stephen King haqqında ədəbi təhlil kitabı və bir neçə hekayələr toplusunun redaktoru və həmmüəllifidir. Bəzi mənbələrə görə Qolden ümumimilikdə 4 milyondan artıq kitab satıb.

 

FH: Cənab Qolden, sizin fikrinizcə komiksi fərqli bir incəsənət mühiti edən şey nədir?

KQ: Komiks bir mühit kimi olduqca xüsusidir, o səhifələrdəki adi sözlərin heç ifadə edə bilmədiyi atmosferi və hisləri çatdıra bilir. Komikslər həqiqi incəsənətin və kəlmələrin gücünün mükəmməl vəhdətidir.

FH: Sizcə kimisə komiksə cəlb etmək istəyirəmsə, ona oxuması üçün ilk hansı komiks əsəri məsləhət görməliyəm?

KQ: Terri Murun “Cənnətdəki Qəriblər” əsəri. (“Strangers in Paradise”, Terry Moore)

FH: Bizimlə komiks yazıçılığınız barədə maraqlı bir fakt paylaşa bilərsinizmi?

KQ: Qəribədir ki, məvacib qarşılığında həyata keçirdiyim ilk komiks işim 1992-ci ildə Dark Horse Comics (tanınmış komiks nəşriyyatı) üçün yazdığım Co Lenzdeylin (Joe Lansdale) “Drayv-in” (“Drive-in”) romanının adaptasiyası olub. Həmin vaxt Co və Dark Horse arasında anlaşmazlıq oldu, bu səbəbdən layihə öldü, lakin bir neçə il sonra o başqa bir şirkət tərəfindən çap edildi.

FH: Siz romanlar qələmə almısınız, video oyunlar üçün yazmısınız, həmçinin Baltimore kimi bir komiks seriyası da yaratmısınız. Bunlardan ən çox hansından həzz aldınız?

KQ: Qəlbən mənə ən yaxın olan həmişə roman yazıçılığım olacaqdır. Ancaq digər tərəfdən, bu o demək deyil ki, digər işlərim – xüsusən də, komiks işlərim, – daha az zövq verir yaxud az önəmlidirlər.

FH: Komikslərin böyük ekranlara daşınmasına münasibətiniz necədir?

KQ: Mən hər filmi öz müsbət-mənfi cəhətləri ilə dəyərləndirməyi xoşlayıram.

FH: Komiks filmləri rejissoru kimi Jos Uidon (Joss Whedon), Giliermo Del Toro (Guilermo Del Toro), Kristofer Nolandan (Christopher Nolan) hansını seçərdiniz və nə üçün?

KQ: Hərəsini birinin çəkdiyi üç ayrı filmi seçərdim. (gülərək)

FH: Bəzi komiks hekayələri bildiyiniz kimi original nəsr əsərlərindən adaptə edilir, məsələn sizin Hellboy seriyanız kimi. Bunu etməkdəki ən böyük çətinlik nədir?

KQ: Məncə ən önəmlisi odur ki, siz original əsərlə tanışsınız və onu həqiqətən sevirsiniz. Siz mövcud bir xəyali dünyada ancaq o vaxt effektiv bir hekayə yarada bilərsiniz ki, həmin dünyanı və onun obrazlarını həqiqətən başa düşürsünüz, sevirsiniz.

FH: Bəs sizin ən sevdiyiniz komiks yazıçıları kimlərdir?

KQ: Terri Mur, Mayk Miqnola, Vorren Ellis, Ed Brubeyker və Tom Snieqoski. (Terry Moore, Mike Mignola, Warren Ellis, Ed Brubaker, Tom Sniegoski)

FH: Piter Oktavianı (Peter Octavian) komiksə adaptə etmək istərdinizmi?

KQ: Mütləq surətdə!

FH: Ən sevdiyiniz komiks obrazları necə, hansılardır?

KQ: Baltimuru (Baltimore) saymazsaq, Hellboy, “Cənnətdəki Qəriblər”dəki Kaçu (Katchoo, “Strangers in Paradise”), və 70-ci illərdə Marvelin yaratmış olduğu Drakulanın komiks versiyası.

FH: Cənab Qolden, sonda bizim azərbaycanlı oxuculara nə demək istərdiniz?

KQ: Mütaliə etdiklərinə görə sadəcə olaraq minnətdaram! Yazdığım hər hansı bir işin bu qədər uzaq məkanlara qədər gedib çıxmasını düşünmək möhtəşəmdir. Bir gün sizləri ziyarət etməyi ümid edirəm!

*Comics and Graphic Novels Azerbaijan Facebook səhifəsi üçün müəllifdən bu müsahibəni ingilis dilində yazılı olaraq Fərid Hüseynli almışdır.

Tərcümə etdi: Hüseyn Abdulla

 

Bölmə : Müsahibə, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10