Kristofor Nolanın “Dünkerk”i

5 Baxış

dunkirk-2017-1200-1200-675-675-crop-000000

Nə qədər uzaq, o qədər yaxın

Ekranlara İkinci Dünya Müharibəsinin ən sarsıdıcı hadisələrindən olan Dünkerk haqqında eyniadlı film çıxıb.

Dünkerk La Manş sahilində bir limanın adıdır. Vermaxtın ordusu və aviasiyası 1940-cı ildə həmin limanda Britaniya ekspedisiya korpusu, 3 fransız batalyonunu və Belçika ordusunun qalıqlarını – 3 min nəfərdən çox döyüşçünü mühasirəyə aldı. Hamısını orada əsirlik taleyi gözləyirdi və onlar bu qisməti dəyişdirmək qarşısında aciz qalmışdılar. Ən dəhşətlisi isə Britaniyanın taleyi idi – ölkə ordusundan məhrum ola bilərdi. Baş nazir Uinston Çörçil “Dinamo” adlı əməliyyatın başlanmasına əmr verdi. Bu əməliyyatla həmvətənlərini və mütəffiq doyüşçülərinin hava yolu ilə adadan xilasını reallaşdırılmaq istəyirdilər.

Xatırlayırsınızsa, bir dəfə Dirk Boqard öz rollarından birini Dünkerk əməliyyatı kimi mənasız və uğursuz adlandırmışdı. Aktyorun bu sözləri deməyə mənəvi haqqı da çatırdı, çünki özü o orduda 7 il xidmət etmiş və mayor rütbəsinə qədər ucalaraq müxtəlif medallar almışdı. Lakin Kristofor Nolanın filmində qətiyyən müttəfiq qoşunların bu şəkildə darmadağın edilmə səbəblərinə toxunulmur. Burada yalnız mövzu Britaniyanın öz əsgərlərini necə xilas etməsidir. Filmin janrı tarixi-dramatik “ekşn” kimi dəyərləndirilsə də, adət etdiyimiz səhnələrə bu filmdə rast gəlmirik. Biz onun qəhrəmanları haqqında heç nə bilmirik, baxmayaraq ki, o qəhrəmanlarla fərqli zaman kəsiklərində – bir saat havada, bir gün dənizdə, bir həftə sahildə nəfəs alır və çırpınırıq: Görəsən, bu ölüm və qalım anında kimləri təyyarənin göyərtəsinə götürəcəklər?

Bir yaralının xərəyi ayaq üstə dura biləcək 7 insanın yerini tutur. Səbirsizliklə gözlənilən qabarma isə dənizdən sahilə yalnız cəsədləri gətirir.

Boğazın ən ensiz yerinin uzunluğu 32 kilometrdir. Hətta ekstremalçılar belə onu üzməyə cəsarət etmirlər.

Filmdən aydın olur ki, niyə müharibə insanları o anları xatırlamaq istəmirlər. Ona görə yox ki, o anlar çox dəhşətli və qorxunc olub, həm də ona görə ki, bu çox utancvericidir. Müharibə insanı elə bir vəziyyətə sala bilir ki, ən qüvvətli instinkt – yaşamaq, sağ qalmaq instinkti oyanır. Bəzən isə bütün bu şüursuz kütlənin içində kiminsə “XEYR”  deyə biləcək vicdanı oyanır. Elə gəmi ilə Duvra qayalıqlarına yetişmək istəyən insanların arasında məhz bu baş verir.

Filmi ilə gənclərə müraciət etmək istəyən Nolan üçün İkinci Dünya müharibəsi hadisələri tamamilə boz fondadır. Lakin Nolan elə incəliklərə fokuslanır ki, məhz o detallarda minlərlə naməlum qəhrəmanın bilinməyən, görünməyən şücaətinin qığılcımları görünür.

Elə ona görə də baş rolu – piyada Tommi obrazını böyük kinoya naməlum olan Fena Uaytxeda tapşırıb. Onun tərəf müqabillərisə iki məşhur insan: aktyor Anariy Barnard (Gibson) və pop müğənnisi Harri Stayls (Aleks) olsa da, filmdə hamısı ölümün qarşısında bərabərdirlər.

Əhvalat daim intizar və təşviş içində olan bir saspensin dilindən nəql olunur. Operator Xoytemin böyük səyi nəticəsində tamaşaçılar bomba partlayışlarının, bombardmançıların hədəfə fokuslanmış atəşləri, minamiyot  gülləbaranı, dəniz suyunda mazut yanğını, tüstü buludları və sürətləndirilmiş ritmlərin ağılsızcasına panikası ilə əhatələnir. Hans Zimmerin soundtreki isə sanki ürək ritmləri kimi təyyarə mühərriklərinin səsi ilə sintez olunaraq tarixin dəhşətini hiss etməyə məcbur buraxır.

Fikrimcə, Kennet Branın britaniyalı kapitan Boltonun rolunda minlərlə insanın alman qırıcılarından xilas etmək üçün gəmiləri və qayıqları idarə edərək təşkilatlandırması da xüsusilə diqqətə layiqdir. Bu gün o, ən başlıca “şekspirsayağı” aktyorlardandır və filmdə bu rola seçilməsi Britaniya uğrunda mübarizə filmində yaşlı nəsilə hörmətdir. XX əsrin ən nəhəng Şekspir aktyorlarından olan Lorens Olivye özünün xeyriyyəçiliklə məhdudlaşmasını qəbul edə bilməyib “Kral Hava Yolları Müdafiəsinə”  qoşulmağa qəti qərar vermişdi. O uçuş dərsləri almış, 200 saata qədər uçmuş və leytenant rütbəsinə qədər yüksəlmişdi. Lakin ona heç vaxt döyüş uçuşlarında etibar etməmişdilər.

Millət bir vahid şəklində idi və mübarizə aparırdı. Yüzlərlə insan Çörçilin çağırışı ilə evakuasiyada iştirak etmək və həmvətənlərinin bu ölümcül tələdən qurtarmaq istəyirdi. Kiçiktutumlu gəmilər, yaxtalar, balıqçı qayıqları və adi rezin qayıqlarla belə fransız sahillərinə yollanmışdılar. Onların çoxu isə yaşlı insanlar idi ki, artıq  övladları müharibədə həlak olmuşdu. Belə gəmilərdən birinin kapitanı (rolu Mark Raylens oynayır) öz iştirakını dəqiq olaraq belə ifadə edir: “Bu müharibəni mənim həmyaşıdlarım törədib, nəyə görə övladlarımız bizim yerimizə vuruşmalıdır?”

Vətənə qayıdanların çoxu özünü günahkar hiss edir: “Biz yalnız sağ qala bildik…”  Birinci Dünya müharibəsinin veteranı, üzündə yanıq izi olan kor qoca isə dəmiryolunda əsgərlərə  buterbrod paylayarkən: “Bu da balaca iş deyil!” – deyə onlara cavab verir. Çünki indi onları daha böyük bir sınaq gözləyirdi. Axı müharibə hələ bitməmişdi…

Ülviyyə Mustafayeva

Mənbə: “Ustad” jurnalının 14-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10