Kukla Teatrına iki böyük təklif

10 Baxış

kukla teatri

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dünyanın iki nüfuzlu Kukla Teatrı festivalına dəvət alıb. 

Avqustun 9-dan 13-dək İsraildə, noyabr ayında isə Çində Beynəlxalq Kukla teatrı festivalı keçiriləcək.

Festivalda Kukla Teatrlarından başqa, kukla sənətinin ustaları, kukla rəssamları da iştirak edəcəklər.

Qeyd edək ki, teatrdan verilən məlumata görə, festivalda iştirak üçün hələ qərar verilməyib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10