Kukla Teatrında daha bir premyera

4 Baxış

ag

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı tamaşa uşaqların ixtiyarına verilib.

Senet.az xəbər verir ki,  məşhur Azərbaycan xalq nağılı “Qoca ilə şir”in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır. Baş rejissor Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası maraqlı mövzusu və ideyası ilə seçilir. Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi yüksək insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artist Anar Hüseynlidir.

Ağlın əhəmiyyətindən, qələbəsindən danışılan tamaşada humanizm və məntiqin vacibliyi əsərin ana xəttini təşkil edir.

Komik epizodlar fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar bəxş edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov və Firuzə Nəsibli ifa edirlər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10