Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

49 Baxış

kukla teatriAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə start verilib.

Senet.az xəbər verir ki,  tanınmış rus yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.

Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələri dəf etməyin mümkünlüyü təşkil edir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada indiki dövr uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanları da sintez edilib.

Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri ayrı-ayrı situasiyalarla təqdim edən tamaşada canlı plan və kukla oyunu vəhdətdə göstəriləcək.

Noyabrın sonuncu həftəsində premyerası reallaşacaq tamaşanın bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnarə Hacıyeva, Elnur Xəlilov, Cavid Telman və Araz Həsənov oynayırlar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10