Kukla teatrından uşaqlara şad xəbər

1 Baxış

chekmeli pishik

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Çəkməli pişik” adlı yeni tamaşanın məşqləri başlayıb. 

Dünya uşaq ədəbiyyatında tanınmış şairi və tənqidçisi Şarl Perronun bu məşhur əsərinə teatrın rejissoru Anar Məmmədov quruluş verib. O, tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə əsəri müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini deyib: “Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur”.

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Səhnə işində əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları oynayacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10