Kukla Teatrının yaradıcı heyəti teatr mövsümünün açılacağına ümid edir

0 Baxış

kukla teatri

 

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi teatr sahəsinə də təsirsiz ötüşməyib. Artıq bir ildən çoxdur ki, aktyorlar teatrların səhnəsindən çıxış edə bilmir. Bütün sənət ocaqlarında olduğu kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorları da tamaşaçılar qarşısına çıxa bilmir. Bu günlərdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə texniki və bədii heyət qarşısında geniş iclas keçirib və ölkədəki cari vəziyyətlə bağlı məlumat verib.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, teatrlar ənənəvi mövsümdə öz fəaliyyətini dayandırdığı bir vaxtda Kukla Teatrı sosial mədəni aksiyalarda iştirak edib, şəhid ailələri qarşısında tamaşalar nümayiş etdirib.

Bütün çətinliklərə baxmayaraq, teatrın 90 illik yubileyi münasibətilə bədii heyət 4 tamaşa üzərində çalışır. İki tamaşanın kuklaları artıq tam hazırdır, onun bütün səhnə tərtibatı tam həll olunub və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarını gözləyir.

Bölmə : Sənət, Teatr