Kurt Vonnequt: “Sadəcə bir adamı xoşbəxt etmək üçün yazın”

51 Baxış

Yaxşı hekayə yazmaq üçün Kurt Vonnequtdan səkkiz məsləhət:

Kurt Vonnegut1. Sizi oxuyan yad oxucu vaxtının boşa getdiyini hiss etməməlidir.

2. Oxucuya dəstəkləyə biləcəyi tipdə ən az bir xarakter verin.

3. Xarakterlərdən hər birinin, bir stəkan su belə olsa, arzuladığı bir şey olmalıdır.

4. Hər cümlənizi ya xarakteri ya da hekayəni inkişaf etdirən bir şəkildə yazmalısınız.

5. Hekayənin başlanğıcı, sonuna imkan daxilində uyğun olmalıdır.

6. Sadist olun. Əsas xarakterləriniz nə cür sevimli və günahsız olursa olsun, başlarına qorxunc hadisələr gətirin ki, oxucunuz onların necə bir insan olduğunu görə bilsin.

7. Sadəcə bir adamı xoşbəxt etmək üçün yazın. Bir pəncərə açıb, bütün dünyayla sevişməyə çalışsanız sətəlcəm olarsınız.

8. Oxucuya mümkün olduqca çox və mümkün olduqca tez bir şəkildə məlumat verin. Əsla baş verəcək hadisəni gecikdirməyin. Oxucular nəyin, harada, necə olduğunu tamamilə qavraya bilməlidir. Bu o dərəcədə olmalıdır ki, tarakanlar əsərin son bir neçə səhifəsini yesə də, oxucu hekayəni başında tamamlaya bilməlidir.

Tərcümə edən: Cəlil Cavanşir

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10