“Lənət” tamaşası yenidən nümayiş olunacaq

8 Baxış

1570262946543931823_1000x669

“YUĞ” Dövlət Teatrının ən yeni tamaşalarından olan V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası oktyabrın 26-da növbəti dəfə nümayiş ediləcək.

Senet.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə YUĞ Teatrının aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

Yeni səhnə redaksiyasında təqdim ediləcək səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış edəcək.

Bölmə : OxucuKlubu, Sənət, Teatr
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10