Lənkəran Dram Teatrı mövsümə yekun vurub

4 Baxış

15003683063786444476_1000x669

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 126-cı teatr mövsümünə yekun vurub.

Senet.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev və Xalq Artisti Qabil Quliyev çıxış edərək yaradıcı kollektivin mövsüm ərzində qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar. Rəsmi hissədən sonra yazıçı Hafiz Mirzənin “Ai lolo və ya moskvalı gəlin” komediyası tamaşaçılara təqdim olunub.

Rolları Əməkdar artistlər Sucəddin Mirzəyev, Adil Zeynalov, aktyorlar Qızılgül Quliyeva, Sayad Əliyev, Allahverən Babayev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və başqaları ifa ediblər.

Əməkdar Artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr sovet dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini görən Güləli Nataşanı etnoqraf tələbə kimi qələmə verməyə nail olur.

Səhnə əsəri aktyorların ifasında tamaşaçılara inandırıcı ştrixlərlə çatdırılıb, tamaşa maraqla qarşılanıb.

KÖŞƏ YAZARLARI
TOP 10