Lənkəran teatrı beynəlxalq festivalda

4 Baxış

 

yeniSenet.az saytı Mədəniyyət qəzetinə istinadən xəbər verir ki, sentyabrın 17-dən 19-dək İranın Rəşt şəhərində IX Beynəlxalq meydan teatr festivalı keçiriləcək. Festivalda ölkəmizi Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək.
Kollektiv festivala Üzeyir Hacıbəylinin felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq.

Rollarda əməkdar artistlər Adil Zeynalov, Sucəddin Mirzəyev, eləcə də Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edəcəklər.

Bölmə : Teatr