Lalə Ağayevanın “Yuxu”suna giriş sərbəstdir

64 Baxış

yuxuDekabrın 30-da ölkəmizi dəfələrlə xaricdə təmsil etmiş, tanınmış rəssam Lalə Ağayevanın Bakıda növbəti rəsm sərgisi açılacaq.

 “Yuxu” adlanan sərgiyə giriş sərbəstdir.

Daha çox abstrakt və sürrealist üslubda rəsmlər çəkən L.Ağayevanın ilk sərgisi 2000-ci ildə keçirilib. Rəssam 100-ə yaxın diplom və sertifikatlara layiq görülüb. Bundan başqa, əsərləri muzey və qalereyalarda nümayiş olunub. Ölkəmizi “World Art Games” da təmsil edib, diplom və kataloqla təltif olunub.

Lalə Ağayeva 2003-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-ci ildən Gürcüstan və Azərbaycan Assosiasiyasının, 2005-ildən isə “Uluslararası Aktivist Sanatçılar” Birliyinin üzvüdür.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10