Layihə çərçivəsində IV ay ərzində görülmüş işlərin hesabatı

182 Baxış

download

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin ”Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş ”Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq!” adlı layihəsi uğurla həyata keçirilməkdədir. Mövcud pandemiya şəraitinin yaratdığı bir sıra çətinliklərə görə layihəmizin icra planına bəzi dəyişikliklər edilmiş, layihənin həyata keçirilməsi vaxtı Təhsil Nazirliyi ilə razılaşdırılaraq 15 mart 2021-ci il tarixinədək uzadılmışdır.2020-ci ilin dekabr ayında layihəmizdə  nəzərdə tutduğumuz “Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq!” adlı kitabımızın nəşri Bakı şəhərində yerləşən “XAN” nəşriyyatında yekunlaşmış, əvvəlcədən nəzərdə tutulduğu kimi sayı 250 ədəd olmaqla çap olunmuşdur.

 

05 yanvar 2021-ci il tarixində layihəmizlə əməkdaşlıq edən  məktəblərin rəhbərləri ilə görüşlərimiz olmuşdur. Bu görüşlərdə iştirak edən Kimya Biologiya Təmayüllü Respublika Liseyinin rəhbəri Elmir Məmmədəliyev, Şəki şəhər 12№-li tam orta məktəbin direktoru Nəzakət xanım Qəhrəmanzadə, Şəki şəhər 17 №-li tam orta məktəbin direktoru Gülnarə xanım Nəsibova, Suçma kənd orta məktəbinin direktoru Elşən Abdulhəmidov, Ə. Məmmədov adına Orta Zəyzid  kənd 2 №-li tam məktəbin direktor əvəzi İlhamə xanım Məhərrəmova ilə layihəmiz növbəti mərhələləri müzakirə edilmiş və məktəb rəhbərlərinin hər birinə 25 ədəd yeni nəşr olunmuş kitablar təqdim  edilmişdir. Məktəb rəhbərlərinə təqdim olunmuş 05 yanvar 2021-ci il  tarixli yazılı və elektron məktubda qeyd edilmişdir ki, şagirdlərin növbəti mərhələdə nəzərdə tutulan esse və məqalə müsabiqəsində iştirakı 05.01.2021-ci ildən 24 fevral 2021-ci il tarixinədəkdir. Bu tarixlərdə şagirdlər onlara təqdim olunan kitabı oxumalı, öz esse və məqalələrini layihə rəhbərliyinə elektron məktub formasında təqdim etməlidirlər. Məktəb rəhbərləri layihənin şagirdlərin sağlamlıq haqqında fikirlərinin formalaşmasında müsbət rol oynayacağını qeyd etdilər.

 

Layihə rəhbərliyi onların nəzərinə çatdırdı ki, bütün iştirakçı şagirdlərin yazıları qiymətləndiriləcək və ən yaxşı esse müəllifi mükafatlandırılacaq və 3 ən yaxşı məqalə isə KİV-də dərc olunacaqdır.

 

Qeyd edim ki, layihənin icrasında könüllülər Xəyyam Hacıəliyev, Rəhman Rəsulov, Yadigar Rəsulov, Vaqif Hacıyev və Vüsal İsmayılov fəal iştirak etmişlər.

 

Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş “Sağlamlığı qoruyaq, sağlam vətəndaş olaq!” layihəsinin rəhbəri Kamran Rasulov 

 

IMG-20210112-WA0008 IMG-20210104-WA0006 IMG-20210104-WA0009 IMG-20210106-WA0013 IMG-20210106-WA0031

Bölmə : Konfrans, Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10