Leonardo Di Kaprio yeni filmin çəkilişlərinə başlayıb

10 Baxış

dicaprio

Məşhur aktyor Leonardo  Di Kaprio yeni filmin çəkilişlərinə başlayıb. Film velosipedçi Caqkue Boyerin həyatından bəhs edir.

Maykl Bayın rejissorluğu ilə çəkiləcək filmdə hadisələr Boyerin yaratdığı Ruanda Velosiped Komandası ətrafında cərəyan edəcək.

1994-cü ildə Ruandada baş verən soyqırımdan sonra Caqkue Boyer Ruanda Velosiped Komandasını yaratdı. O, bu yolla insanlarda yenidən həyat eşqini artırmağa çalışırdı.

Qeyd edək ki, 2012-ci ildə bu hadisə ilə bağlı “Rising from Ashes” adlı sənədli film çəkilmişdi.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10