“Leyli və Məcnun” fərqli tərzdə təqdim edildi

3 Baxış

kukla

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey və sərgi zalında “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya və  kuklalarının sərgisinin açılışı mərasimi keçirilib.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  rəisi Samir Nuriyev nitqlə çıxış edərək qurumun əsas məqsədinin xalqda milli dəyərlərə bağlılığı qoruyub saxlamaq,mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdən ibarət olduğunu vurğulayıb.

Marionet Teatrı 2011-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası artıq dəfələrlə tamaşaya qoyulub.

Hal-hazırda İdarə tərəfindən Marionet Teatrının üçmərtəbəli binasının bərpası davam etdirilir və işlərin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Sərginin başa çatdırılmasından sonra “Leyli və Məcnun” marionet tamaşasının məşqləri başlanacaq və həmin tamaşa “Arşın mal alan” tamaşası ilə yanaşı səhnəlişdiriləcəkdir.

Sərgi mayın 29-dan iyulun 1-ə kimi davam etdiriləcək. Sərgiyə giriş pulsuzdur

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10