Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, bu dəfə səhnənin Məcnunu Əməkdar Artist İlkin Əhmədov olub. O, səhnəni tərəf müqabili gənc xanəndə Arzu Əliyeva ilə bölüşüb. Hər iki xanəndənin ifasında səhnə əsəri böyük ustalıqla təqdim edilib.
Səhnə əsərini Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edib.