“Leyli və Məcnun” Ukrayna kitabxanalarında

5 Baxış

hg

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə Ukraynada nəşr olunmuş “Leyli və Məcnun” kitabı ölkənin bir sıra kitabxanalarına verilib.

Dövlət Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, “Leyli və Məcnun” Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində Ukrayna Kitab İnstitutunun, Milli Ədəbiyyat Muzeyinin, Milli Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının Ukrain Dili İnstitutunun, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun, Milli Parlamentinin və digər qurumların kitabxanalarına yerləşdirilib.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada nəşr olunmuş bu bənzərsiz poeması ümumiyyətlə ölkənin 20-yə yaxın kitabxanasında oxuculara təqdim olunacaq.

Bölmə : Ədəbiyyat