Liberal lənət

97 Baxış

elbrus orucAzərbaycan gecikməylədə olsa 20. əsrin sonlarından başlıyaraq yeni bir siyasi cərəyanla tanış oldu : liberallıq.

Liberallıq yayıldıqca, təcavüzkar və dayaz bir dil onu davamlı aldatdı və xor gördü. Avtoritar-dövlətçi-faşist paradiqma müdafiəçiləri, əksəriyyəti Marksist mənşəli Amerika liberallerinden gələn azad tənqidlərə, artıq içi boşalmış anlayışlarla söz yetişdirməyə çalışarkən “liboş” anlayışını icad etdilər.Səhf etmirəmsə ilk dəfə Türkiyəli yazar Uğur Mumcunun işlətdiyi “liboş” kəliməsi bu gün kütlə içində geniş bir şəkildə yayımışdır.

Biz dinamik bir “liberal” hərəkətlə qarşılaşdıq. Liberalliği belə bir lümpenliklə, miqrant-liboş kimi anlayışlarla təsvir hərhalda Sovet bloku dövlətlərindədə olmuşdur. Yəni bu günün dünyasında “liberal” anlayışının belə istifadəedildiyi  bir cəmiyyətin olduğunu da düşünmürəm. Liberal anlayışını cəsurca sahiblənən və siyasi liberalizm ilə iqtisadi liberalizmi tutarlı bir şəkildə eyni qabda əridib sahiblənən ziyalılarda bu gün cəmiyyətimzdə yetərincə mövcuddur.

Təbii ki bu gün siyasi cərəyanları təhlil etdiyim zaman sadəcə tarixi xronologiya açısından mən Sovet dövrü insanlarını göstərirəm.Ümumilikdə isə Sovet dövrü insanlarından sadəcə komunistləri və milliyətçiləri mən dürüst olaraq qəbul etmişəm.Digərlərini isə o qədərdə önəmsəmək lazım deyil.Çünki vaxtiylə partiyaya qoşulub sonradan cəbhəçilərə xoş görünsünlər deyə meydanlarda partiya biletlərini cıran bu gün akademik səviyyədə gənclərimizə nəsə öyrətməyə çalışan şəxsləri ciddi olaraq qəbul etmirəm.

Davam etsək, ölkəmizdə “liberal” anlayışının bir cür əxlaqsızlığı izah edən bir söz halına gəlməsində dövlətin hələ ki heç bir siyasi cərəyanı tam olaraq qəbul edə bilməməsi və həmçinin keçmiş komunistlərində liberallara qərb yaltaqları kimi baxması olmuşdur. Əslində Marks marksizmi hər kəsdən əvvəl liberalizmlə mübarizə edərək teoriya halına gətirmişdir. Və Marksizmin qarşısındakı ən dişli rəqib liberalizmdi. Buna görə Marksist hərəkətin əhəmiyyətli bir qisimi liberal düşüncə sistemini çürütmək üçün yazılmışdı. Amma hər yerdə görülən bu hadisə Azərbaycan siyasi aləmində tamamilə laqeyd qarşılandı (başqa bir çox şey kimi). Onsuz da “Demokratik” qisimini hərbi zərbəylə tamamlayıb oradan da işçi sinifinin uca diktatorluğuna keçməyi uman bir siyasi ideologiyanın liberal dəyərlərlə hər hansı bir alveri ola bilməz əlbəttə.

Həqiqətən sorğulayan, prosesləri anlamağa çalışan parlaq adlar var lakin sayca çox az və təsirsizdir. Geriyə qalan kütlələr qurucu liderlərinin kitablarını oxuyur, o qaynaqlardan bəslənir. Başqa bir intellektual səyə bir dəyər verilmir. İndi isə öz müqəddəslərini yaradırlar, tarixləri öyünüb yaşayan içə bağlı dəstəyə dönüşürlər.Daha çox boşaldıqca sönən bir enerji kimi. Siyasi təmsilə gəlincə oralara da öz xüsusi damğasını vura bilən siyasi bir partiya və ya cərəyan yoxdur..

Bütün bu tarixi səbəblərdən qaynaqlanan konkret hallar onu göstərir ki, liberalların azlığı da Azərbaycanda çox ciddi bir problemdir. Yəni liberal bir ictimaiyyət yox, liberal qəzet yox, dünyaya liberal bir gözlə baxan insan sayı acınacaqlı dərəcədə az. Liberal siyasəti və siyasi liberalizmi keçdim, içgüdüsəl səviyyədə liberal bir dünya görüşünə sahib olan bir insan kütləsi da yoxdur. (Liberal Düşüncə Topluluğu bu mövzuda yaxşı niyyətli ve mənalı bir səy göstərir, amma hələ kifayət deyil.)

Bəlkə də bizlərə lazım olan; insana və fərdə əhəmiyyət verən, insan və fərd haqqlarını əhəmiyyət verən, ümumi  fikirlərdən uzaq ağıllı və faydaçı siyasi analizlər edən, hər kəsin öz istədiyi kimi yaşamaq hüququ olduğuna inanan, dövlətin qatı qaydalarla məhdudlaşdırılması lazım olduğuna inanan, irqçiliyə, ayrı-seçkiliyə, şiddətə və militarizmi qarşı olan bir insan növüdür .

Sağda solda sinirdən dəliyə dönmüş və siyasi ağlını öldürmüş islamçı sözdə iqrçi nə olduğunu bilməyən demokrat yaxud Sosialist-Kommunist görməkdən daha cazibədar gəlmir mi bu insanlar sizlərə?

Elbrus Orucov

 

Bölmə : Araşdırma, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10