Londonun “National Youth” teatrının “Homegrown” adlı tamaşası premyeraya iki həftə qalmış qadağan olunub. İngilis gənclərinin İŞİD-ə qatılmağından bəhs edən tamaşanın məşqləri polislərin təzyiqi nəticəsində dayandırılıb. Bununla yanaşı yerli hakimiyyət tamaşanın rejissoru Nadia Latifə və müəllifi Omar El-Xairiyə tamaşanın keçirməməsi ilə bağlı göstəriş verib.
15-25 yaş arası 112 aktyorun ifasında səhnələşdiriləcək tamaşanın ilham qaynağı fevral ayında İŞİD-çilərlə evlənmək üçün Suriyaya gedən üç gənc qızdır. Tamaşa gənclərin oxuduqları rayonda nümayiş olunacaqdı.