Londonlu mütəxəssislər Azərbaycanda yaradıcı məşğələlər keçirəcək

54 Baxış

aaskul

Londonda yerləşən Memarlar Birliyi (Architecture Association – AA) YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Azərbaycanda praktiki məşğələlər keçirəcək.

Senet.az xəbər verir ki, dərslər avqustun 25-dən sentyabrın 4-nə qədər davam edəcək.

“AA Baku” məktəbi istedadlı şəxslər üçün gözəl imkanlar yaradacaq. Omid Kamvari və Kasper Eksin keçəcəyi dərslərdə 17 yaşı tamam olmuş şəxslər (memar, rəssam, alim, mühəndis, curator və yazarlar) iştirak edə bilərlər. Dərslər ingilis dilində keçiriləcək.

Məşğələlərdə iştirak etmək istəyən şəxslər www.yarat.az saytına daxil olaraq, müvafiq müraciət blankını doldurmalı, daha sonra tərcümeyi-hal (CV) və maraq məktubu ilə birlikdə YARAT-a göndərməlidirlər.

Qeyd edək ki, 15 avqust tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq. 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10